Əmir Səid İrəvani ABŞ prezidentinin İranla bağlı ehtiyatsız və təxribatçı açıqlamalarının BMT Nizamnaməsinin prinsiplərinin ciddi şəkildə pozulması kimi qiymətləndirilməsinə və qınanmağa çağırıb.
Gündəm24.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ prezidenti Donald Trampın açıqlamalarını zorakılığa təhrik kimi qiymətləndirərək BMT rəhbərliyinə rəsmi məktub göndərib və bunu İranın suverenliyinə açıq təhdid adlandırıb. O bildirib ki, Trampın İranın nüvə proqramı və etirazlarla bağlı hədələri BMT Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozur və beynəlxalq səviyyədə qınanmalıdır. Bu açıqlamalar İran rialının kəskin ucuzlaşması fonunda ölkədə etirazların genişləndiyi, rəsmi Tehranın isə istənilən xarici müdaxiləyə sərt cavab verəcəyini bəyan etdiyi bir vaxta təsadüf edib.
Sədaqət Həsənova














