Çin tərəfi ABŞ tərəfini prezident Maduro və həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə çağırır
Gündəm24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-a Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ilə bağlı sərt çağırış edib. Nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada Vaşinqtondan Prezident Maduronun və həyat yoldaşının şəxsi təhlükəsizliyinin təmin olunması və dərhal azad edilmələri tələb olunur.
Bəyanatda vurğulanır ki, Çin tərəfi ABŞ-ı Venesuelada dövlət hakimiyyətinə xələl gətirən addımlardan çəkinməyə çağırır. Rəsmi Pekin hesab edir ki, mövcud gərginlik yalnız dialoq və danışıqlar yolu ilə aradan qaldırıla bilər. Çin, eyni zamanda, Venesuelanın suverenliyinə və daxili işlərinə hörmət göstərilməsinin vacibliyini önə çəkib.
Sədaqət Həsənova













