Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi – Fotolar

04/01/2026 19:17
Manşet, Siyasət
864 36
İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi – Fotolar
745
Paylaşım sayı
1k
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib.

Gündəm24.az xəbər verir ki, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını dedilər.

Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirdi. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.

Dövlətimizin başçısı “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğuladı.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

  • İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi - FOTOLAR
  • İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi - FOTOLAR
  • İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi - FOTOLAR
  • İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi - FOTOLAR

Oxşarxəbərlər

Trampdan ABŞ-la bağlı xoş xəbər: Tarixi elan etdi
Siyasət

Trampdan ABŞ-la bağlı xoş xəbər: Tarixi elan etdi

22/09/2026 22:19
951
Ceyhun Bayramov İqnasio Kassislə görüşdü
Siyasət

Ceyhun Bayramov İqnasio Kassislə görüşdü

22/09/2026 22:17
952
“Dünya beşdən böyükdür” deyən Ərdoğan indi də bu çağırışı etdi – BMT silkələnir
Siyasət

“Dünya beşdən böyükdür” deyən Ərdoğan indi də bu çağırışı etdi – BMT silkələnir

22/09/2026 20:51
957
Tramp İlham Əliyevdən sitat gətirdi
Siyasət

Tramp İlham Əliyevdən sitat gətirdi

22/09/2026 19:37
955
“Azərbaycan Prezidenti mənə dedi ki…” – Tramp
Manşet

“Azərbaycan Prezidenti mənə dedi ki…” – Tramp

22/09/2026 19:23
968
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı – “Şir həmişə şirdir” (VİDEO)
Manşet

Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı – “Şir həmişə şirdir” (VİDEO)

22/09/2026 18:32
997

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Trampdan ABŞ-la bağlı xoş xəbər: Tarixi elan etdi

Trampdan ABŞ-la bağlı xoş xəbər: Tarixi elan etdi

22/09/2026 22:19
951
Ceyhun Bayramov İqnasio Kassislə görüşdü

Ceyhun Bayramov İqnasio Kassislə görüşdü

22/09/2026 22:17
952
“Onlar üçün ən qiymətli iki məsələ var idi” – VİDEO

“Onlar üçün ən qiymətli iki məsələ var idi” – VİDEO

22/09/2026 22:11
952
Naxçıvanda avtomobil 2 piyadanı vurdu

Naxçıvanda avtomobil 2 piyadanı vurdu

22/09/2026 22:05
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
968

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In