Gündəm24.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bildirilib ki, bayram günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı, Bakı–Qazax–Bakı, Bakı–Ağdam–Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hər iki istiqamətdə əlavə reyslər təşkil ediləcək.
Eyni zamanda, Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq.
8-11 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə səfərlər üçün qeyri-iş günlərinin cədvəli tətbiq ediləcək.














