Şənbə, Aprel 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bayram bayrama qarışır – Bəs bu kimə ziyandır?

04/04/2026 14:00
CƏMİYYƏT
39 1
Bayram bayrama qarışır – Bəs bu kimə ziyandır?
51
Baxış sayı

Azərbaycanda ilboyu rəsmi bayram və qeyri-iş günlərinin çoxluğu hər il iqtisadi müzakirələri yenidən gündəmə gətirir. Xüsusilə 2026-cı ilin martında Novruz və Ramazan bayramlarının üst-üstə düşməsi, eləcə də köçürülmüş istirahət günləri səbəbindən beşgünlük iş həftəsində 20 martdan 30 martadək ardıcıl 11 günlük fasilə yarandı. Amma ölkədə il ərzində yalnız Novruz və Ramazan bayramları qeyd olunmur.

Azərbaycanda ümumilikdə 15 bayram var. Onlardan 12-si qeyri-iş günü formasında qeyd olunur. Üç bayramda isə iş günün sayılır.

Azərbaycanın bayramları aşağıdakılardır:

• Yeni il bayramı (yanvarın 1 və 2-si);

• Beynəlxalq Qadınlar Günü (martın 8-i);

• Faşizm üzərində Qələbə günü (mayın 9-u);

• Müstəqillik Günü (mayın 28-i);

• Milli Qurtuluş Günü (iyunun 15-i);

• Silahlı Qüvvələr Günü (iyunun 26-sı);

• Müstəqilliyin Bərpası Günü (oktyabrın 18-i);

• Zəfər Günü (noyabrın 8-i);

• Dövlət Bayrağı Günü (noyabrın 9-u);

• Konstitusiya Günü (noyabrın 12-si);

• Milli Dirçəliş Günü (noyabrın 17-si);

• Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);

• Novruz bayramı – beş gün;

• Qurban bayramı – iki gün;

• Ramazan bayramı – iki gün;

Yeni il bayramı, Beynəlxalq Qadınlar Günü, Faşizm üzərində Qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Zəfər Günü, Dövlət Bayrağı Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

Bəs il boyu bu qədər uzun fasilələr iqtisadiyyata necə təsir edir?

Gündəm24.az xəbər verir ki, “Yeni Sabah”a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, uzun tətillərin iqtisadiyyata təsiri əsasən bank-maliyyə sistemi və köçürmələrin işləmə rejimindən asılıdır:

“Müasir dövrdə bayram günlərinin iqtisadiyyata təsiri barədə fikir bildirərkən bir neçə məqama diqqət yetirmək lazımdır. İlk növbədə, əgər biznesi idarə edən əsas infrastrukturda, xüsusilə bank-maliyyə sektorunda, köçürmələrdə və digər operativ əməliyyatlarda fasilələr yaranmırsa, ciddi zərərdən danışmaq düzgün olmaz.

Əgər bu qurumlarda, xüsusən də bank sektorunda növbətçilik sistemi qurulursa və əməliyyatların fasiləsiz aparılması mümkün olursa, düşünmürəm ki, iqtisadiyyata ciddi mənfi təsir dəyir. Çünki bayram günlərində əsasən 5 günlük iş rejimi ilə çalışan və maaş alan insanlar istirahət edirlər. Xidmət sektorunun böyük hissəsi isə əksinə, iş başında olur.

Hətta diqqət etsək görərik ki, bayram günləri xidmət sahələri üçün daha çox qazanc dövrünə çevrilir. Ticarət və xidmət dövriyyəsi bu günlərdə daha da aktivləşir. Nəzərə alsaq ki, bu il müəyyən səbəblərdən xaricə gedən turistlərin sayı da yüksək olmayıb, bu vəziyyət daxili xidmət sektorunda fəaliyyət göstərən sahibkarların daha çox gəlir əldə etməsinə şərait yaradıb”.

Fuad İbrahimovun sözlərinə görə, əsas mənfi təsir iri köçürmələr, xarici əlaqələr və bəzi bank əməliyyatlarında hiss olunur:

“Ümumilikdə isə iqtisadiyyata mənfi təsir o halda hiss olunur ki, ona təsir edə biləcək əsas infrastrukturlarda fasilə yaranır. Söhbət iri köçürmələrdən, xarici biznes əlaqələrindən, bank əməliyyatlarından və bunları tənzimləyən sistemlərdən gedir. Bu sahələrdə uzun fasilə, əlbəttə, müəyyən mənfi təsir yarada bilər. Bu tətillər ən azı dövriyyəni zəiflədir, iş prosesini ləngidir və bəzi bizneslərin fəaliyyətinə mənfi təsir göstərir.

Bununla belə, daxili imkanlara baxdıqda görürük ki, kartlarla çoxlu sayda əməliyyat aparılıb, ödəniş terminalları vasitəsilə müxtəlif ödənişlər həyata keçirilib. Yəni bu vasitələr bir çox hallarda ənənəvi xidmətlərin yerini müəyyən qədər doldura bilib. Amma elə fəaliyyət sahələri də var ki, burada fasilələr mənfi təsiri qaçılmaz edir.

Ümumi mənada götürdükdə isə hazırda ölkə iqtisadiyyatının vəziyyətini yalnız bayram günləri ilə əlaqələndirmək və bunu ciddi mənfi faktor kimi təqdim etmək doğru olmaz. Düşünürəm ki, bunun xüsusi çəkisi o qədər də böyük deyil. Amma orta və kiçik sahibkarlıq subyektləri üçün, xüsusilə də qeyd etdiyimiz infrastrukturun işləmədiyi hallarda, bu cür fasilələr işlərin ləngiməsinə səbəb olur”.

İqtisadçı Natiq Cəfərli isə deyib ki, Azərbaycanın iqtisadi quruluşunda bayram günlərinin çoxluğu ümumi artıma ciddi təsir göstərmir:

“Azərbaycanın iqtisadi modeli elə qurulub ki, ölkədəki əsas iş yerlərinin strukturuna baxanda bayram günlərinin çox olmasının iqtisadiyyata ciddi mənfi təsir göstərmədiyi görünür. Çünki Azərbaycanda dövlət sektoru, neft-qaz sahəsi və emal sənayesi ön plandadır. Bu sahələrdə isə istirahət günü anlayışı nisbidir, işlər əsasən növbəli sistemlə davam edir.

Eyni zamanda, Bakı şəhərində və ümumilikdə ölkə üzrə xidmət sahələrinə baxdıqda da kafelərin, restoranların, mağazaların və otellərin fəaliyyətini dayandırmadığını görürük. Buna görə də Azərbaycanın spesifik iqtisadi modelində bayram günlərinin çox olması iqtisadi artıma və ya iqtisadi yüksəlişə nəzərəçarpacaq dərəcədə təsir etmir.

Amma bu, əslində, müsbət hal kimi də qiymətləndirilmir. Çünki müəyyən təsirlərin olması daha faydalı ola bilərdi. Ümumiyyətlə, istirahət günlərinin bu qədər çox olmasının tam doğru yanaşma olmadığını düşünmək olar. Gec-tez bunun iqtisadiyyatda müəyyən effektlər yaratması mümkündür”.

Oxşarxəbərlər

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ – FOTO
CƏMİYYƏT

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ – FOTO

04/04/2026 14:50
64
Xalq artistinin kürəkəni TUTULDU – FOTO
CƏMİYYƏT

Xalq artistinin kürəkəni TUTULDU – FOTO

04/04/2026 14:20
75
TƏCİLİ! Yol polisi sürücülərə xəbərdarlıq etdi
CƏMİYYƏT

TƏCİLİ! Yol polisi sürücülərə xəbərdarlıq etdi

04/04/2026 14:13
56
Nizami Kino Mərkəzi üçün boya sifariş edildi – FOTO
CƏMİYYƏT

Nizami Kino Mərkəzi üçün boya sifariş edildi – FOTO

04/04/2026 13:16
70
Dəbdəbəli yas mərasimləri sona çatır: Artıq ehsan süfrələrini bu cür addımlar əvəzləyəcək
CƏMİYYƏT

Dəbdəbəli yas mərasimləri sona çatır: Artıq ehsan süfrələrini bu cür addımlar əvəzləyəcək

04/04/2026 13:11
75
Bu meyvə sizi zəhərləyə bilər – Azərbaycan da TƏHLÜKƏDƏ?
CƏMİYYƏT

Bu meyvə sizi zəhərləyə bilər – Azərbaycan da TƏHLÜKƏDƏ?

04/04/2026 12:55
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İran Hörmüzdə İsraillə əlaqəli gəmini VUR

İran Hörmüzdə İsraillə əlaqəli gəmini VUR

04/04/2026 17:04
50
İran icazə verdi: Hörmüzdən onlar keçə bilər – Foto

İran icazə verdi: Hörmüzdən onlar keçə bilər – Foto

04/04/2026 16:39
52
Stadionda tribuna ÇÖKDÜ: ÖLƏN VAR

Stadionda tribuna ÇÖKDÜ: ÖLƏN VAR

04/04/2026 15:55
50
Bu ölkə İranla sərhəd-keçid məntəqəsini bağladı

Bu ölkə İranla sərhəd-keçid məntəqəsini bağladı

04/04/2026 15:36
71

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
108

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

02/04/2026 09:38
72

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

02/04/2026 09:06
63

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

02/04/2026 06:56
77

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.