Şənbə, Fevral 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Boz ay başladı

21/02/2026 10:02
CƏMİYYƏT
39 2
Boz ay başladı
52
Baxış sayı

Azərbaycanda qışın ən soyuq hesab edilən dövrü – Kiçik çillə çıxıb.

Gündəm24.az modern.az-a istinadən xəbər verir ki, Xalq təqviminə görə, dekabrın 21-dən başlayan qış fəslinin “oğlan çağı” – 20 günlük Kiçik çillə fevralın 20-də başa çatıb.

Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti – Boz ayı yaşayacağıq.

Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.

Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.

Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

“Çillə” sözü – ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.

Havanın dəyişkən keçməsinə görə Boz ay haqqında “Boz ay bozara-bozara keçər”, “Boz ay boz sifətin göstərir” deyirlər.

Boz ay dövründə qışın qurtarmasını və təbiətin oyanmasını qeyd etmək üçün ilaxır çərşənbələr qeyd edilir. Bu günlərdə od-ocaq qalanır, insanlar alovun üzərindən atılaraq ağırlıqdan xilas olur.

Bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək. Martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Oxşarxəbərlər

Sabah yağış yağacaq
CƏMİYYƏT

Sabah yağış yağacaq

21/02/2026 13:02
52
Unun qiymətində artım oldu: çörək bahalaşacaqmı? – FOTO
CƏMİYYƏT

Unun qiymətində artım oldu: çörək bahalaşacaqmı? – FOTO

21/02/2026 06:00
55
Azərbaycan əhalisinin sayı açıqlandı
CƏMİYYƏT

Azərbaycan əhalisinin sayı açıqlandı

20/02/2026 16:49
53
Ramazan ayının ikinci gününün duası
CƏMİYYƏT

Ramazan ayının ikinci gününün duası

20/02/2026 00:05
53
Cahangir Həsənzadə vəzifədən uzaqlaşdırıldı
CƏMİYYƏT

Cahangir Həsənzadə vəzifədən uzaqlaşdırıldı

19/02/2026 18:11
56
Azərbaycanda bu yağın satışı və idxalı DAYANDIRILDI – FOTO
CƏMİYYƏT

Azərbaycanda bu yağın satışı və idxalı DAYANDIRILDI – FOTO

19/02/2026 17:39
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
52
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
50
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
50
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
55

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
54

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.