Şənbə, Mart 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar

14/02/2026 13:51
CƏMİYYƏT
42 2
Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar
56
Baxış sayı

Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

Gündəm24.az xəbər verir ki, iqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında xatırladıb ki, bu hallarda əmək müqaviləsinə xitam verilən işçiyə müəyyən ödəmələr həyata keçirilməlidir.

Belə ki, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Həmçinin, işəgötürən yuxarıda nəzərdə tutulan müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.

Ekspert 1 100 manat əməkhaqqı alan işçiyə bu hallarda nə qədər müavinət ödəniləcəyinə dair hesablama aparıb:

“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də 10.03.2023-cü il tarixindən baş mühəndis vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək aylıq 1 100 manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən iki dəfə istifadə edib. “ABC” MMC-nin fəaliyyətinə xitam verildiyi üçün Kamranın əmək müqaviləsinə 10.02.2026-cı il tarixdən xitam verilib.

Bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesab bu şəkildə hesablanır:

Əvvəlcə, işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır. İstehsalat təqviminə əsasən, 2026-cı ilin fevral ayında 21 iş günü var. Kamran fevral ayında 7 iş günü çalışıb və son iş günü 10 fevral tarixidir.

1 100 : 21 = 52,4 manat;

52,4 × 7 = 366,7 manat.

Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanır:

Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan iki dəfə istifadə etməyib. O, 10.03.2023 – 10.03.2025-ci il tarixlərini əhatə edən iki iş ilində məzuniyyət hüququndan istifadə edib. Lakin 10.03.2025-ci il tarixindən sonra məzuniyyət hüququndan istifadə etməyib. “ABC” MMC-də mühəndis vəzifəsində işləyən Kamranın bir iş ilində 30 təqvim günü məzuniyyət hüququ var. Kamran sonuncu iş ilində 11 ay işləyib. Hər ay üçün orta məzuniyyət günü 2,5 gün (30 / 12 = 2,5) edir. 11 ay üçün isə 27,5 gün (11 × 2,5 = 27,5) edir.

Orta aylıq əməkhaqqının 1 100 manat olduğunu nəzərə aldığımız zaman məzuniyyətə görə kompensasiya aşağıdakı kimi olur:

(1 100 : 30,4) × 27,5 = 995,1 manat.

Kamrana işinə xitam verilməsinə görə ödəniləcək işdənçıxarma müavinətinin məbləği isə aşağıdakı kimi olacaq:

Ödənişdən əvvəlki iki ay – dekabr və yanvar ayları üzrə Kamranın gəliri 2 200 manat (1100 × 2) olub. Həmin aylarda iş günlərinin sayı 40 gün olub. Nəticədə bir günlük əməkhaqqı 55 manat (2 200 : 40) olacaq.

2026-cı il üzrə orta aylıq iş günlərinin sayı 20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcək orta aylıq əməkhaqqının məbləği 1 104,4 manat (55 × 20,08) olacaq. Kamranın iş stajı bir ildən çox, beş ildən az olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında müavinət – 1 546,2 manat (1 104,4 × 1,4 = 1546,2) veriləcək.

Vergi Məcəlləsinə əsasən, müəssisənin fəaliyyəti dayandığı zaman əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar gəlir vergisindən və sosial ödənişlərdən azad edilir.

Lakin işlənmiş iş günləri üçün əməkhaqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya vergi və digər sosial ödənişlərdən azad olunmur. Bu səbəbdən Kamrana ödəniləcək 366,7 manat işlənmiş iş günləri üçün əməkhaqqından və 995,1 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan cəmi 156,2 manat (DSMF (122,2) + işsizlik sığortası (6,8) + icbari tibbi sığorta (27,2) = 156,2) tutulacaq.

Bütün bunlardan sonra son haqq-hesab məbləği bu şəkildə olacaq:

334,9 manat (işlənmiş günlər üçün əməkhaqqı) + 884,7 manat (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) + 1 546,2 manat (işdənçıxarma müavinəti) = 2 765,8 manat.

Deməli, bu nümunədən də göründüyü kimi, ayda 1 100 manat əməkhaqqı alan bir şəxsin müəssisənin fəaliyyəti dayandığı üçün əmək müqaviləsinə xitam verilərsə, işəgötürən ona 2 765,8 manat ödəməlidir”.

Oxşarxəbərlər

Bayram və istirahət günlərində hava necə olacaq?
CƏMİYYƏT

Bayram və istirahət günlərində hava necə olacaq?

06/03/2026 22:47
55
Qeydiyyatsız yaşayanlara XƏBƏRDARLIQ: Cərimə…
CƏMİYYƏT

Qeydiyyatsız yaşayanlara XƏBƏRDARLIQ: Cərimə…

06/03/2026 22:33
58
Kartof və yumurta bahalaşacaq?
CƏMİYYƏT

Kartof və yumurta bahalaşacaq?

06/03/2026 22:31
59
Azərbaycana qarşı növbəti TƏXRİBAT – RƏSMİ
CƏMİYYƏT

Azərbaycana qarşı növbəti TƏXRİBAT – RƏSMİ

06/03/2026 22:23
71
Nazirin vəzifəyə təyin etdiyi Zülfiyyə Hüseynova kimdir? – DOSYE
CƏMİYYƏT

Nazirin vəzifəyə təyin etdiyi Zülfiyyə Hüseynova kimdir? – DOSYE

06/03/2026 21:19
64
DTX-dən unikal əməliyyat: SEPAH Bakıda bu əraziləri partlatmaq istəyib – VİDEO
CƏMİYYƏT

DTX-dən unikal əməliyyat: SEPAH Bakıda bu əraziləri partlatmaq istəyib – VİDEO

06/03/2026 21:13
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənilərin qorxduğu ölkələr: Görün ilk “üçlük”də hansılardır

Ermənilərin qorxduğu ölkələr: Görün ilk “üçlük”də hansılardır

06/03/2026 23:35
61
Onminlərlə döyüşçü İrana yeridildi

Onminlərlə döyüşçü İrana yeridildi

06/03/2026 23:21
65
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı

Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı

06/03/2026 23:18
64
Sabiq deputat hakimiyyəti zorla ələ keçirməkdə ittiham olundu

Sabiq deputat hakimiyyəti zorla ələ keçirməkdə ittiham olundu

06/03/2026 23:01
60

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
76

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
72

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.