Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxs üçün nağd qaydada ödənilən məbləğin yuxarı həddi artırılıb.
Gündəm24.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.
Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat məbləğində müəyyən edilib.
Məlumat üçün bildirək ki, bu məbləğ daha əvvəl 20 manat idi./Trend.Az













