Çərşənbə axşamı, İyun 30, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi?

30/06/2026 15:45
CƏMİYYƏT
39 3
Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi?
53
Baxış sayı

Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər aşağı düşüb ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər.

Hazırda bazarlarda ən çox ucuzlaşan məhsullar arasında çiyələk, badımcan və bibər yer alır. Bəzi satış məntəqələrində çiyələyin bir yeşiyi 1 manata təklif olunur. Badımcanın 3 kiloqramı 1 manata satıldığı halda, bibərin qiyməti növündən və keyfiyyətindən asılı olaraq 30–50 qəpik arasında dəyişir.

 

Bəs bu qədər ucuz məhsulları istehlak etmək nə dərəcədə təhlükəsizdir?

 

Gündəm24.az xəbər verir ki, qida eksperti Ağa Salamov azxeber.com-a açıqlamasında bildirib ki, qiymətlərin aşağı düşməsi orqanik çiyələyin də bazara çıxması ilə bağlıdır.

 

“Qiymətlərin azalması orqanik çiyələyin də yetişməsi ilə əlaqədardır. Havalar yenicə isinməyə başlayanda bazara əsasən istixana məhsulları çıxarılırdı. Bunlar mövsümün ilk məhsulları olduğuna görə daha baha satılırdı. Həmin dövrdə çiyələk və digər meyvələrin istehlakı o qədər də tövsiyə olunmurdu. Çiyələyin əsl mövsümü isə məhz indiki dövrdür.”

 

Ekspertin sözlərinə görə, məhsulların ucuzlaşması bazarda təklifin və rəqabətin artması ilə əlaqədardır.

 

“Hazırda bazarda həm istixana, həm də orqanik məhsullar satılır. Bu səbəbdən də orqanik məhsulların qiyməti aşağı düşüb. Hazırda bazarda yeşiyi 1,50 manata, eləcə də 2 kiloqramı 1,50 manata təklif olunan çiyələklər var.”

 

Ağa Salamov bildirib ki, hazırda satışda olan çiyələklərin istehlakı ilə bağlı ciddi təhlükə yoxdur. Lakin o, bu meyvənin həddindən artıq qəbul edilməsinin sağlamlıq üçün risk yarada biləcəyini də vurğulayıb.

 

“Bazarda satılan çiyələkləri istehlak etməklə bağlı xüsusi təhlükə yoxdur. Ancaq çiyələyi normadan artıq yemək olmaz. Məsələn, 1 kiloqram çiyələyi bir dəfəyə qəbul etmək düzgün deyil. Çiyələyin tərkibində olan bəzi maddələr, xüsusilə allergen zülallar allergiyaya meyilli insanlar üçün zərərli ola bilər. Həddindən artıq istehlak isə hətta sağlam insanlarda belə allergik reaksiyalara səbəb ola bilər.

Oxşarxəbərlər

Esmira Məmmədovaya yeni vəzifə verildi
CƏMİYYƏT

Esmira Məmmədovaya yeni vəzifə verildi

30/06/2026 19:06
50
“Sovetski” sakininin evi qanunsuz sökülüb?
CƏMİYYƏT

“Sovetski” sakininin evi qanunsuz sökülüb?

30/06/2026 18:59
50
TƏBİB-də yeni qalmaqal – Direktor sədrə qarşı
CƏMİYYƏT

TƏBİB-də yeni qalmaqal – Direktor sədrə qarşı

30/06/2026 18:06
50
DİQQƏT: İmtahansız kollec qəbulu ilə bağlı gözləntilərə aydınlıq gətirildi
CƏMİYYƏT

DİQQƏT: İmtahansız kollec qəbulu ilə bağlı gözləntilərə aydınlıq gətirildi

30/06/2026 17:50
52
Kiberpolis qanunsuz mərc oyunları keçirən dəstəni ifşa etdi
CƏMİYYƏT

Kiberpolis qanunsuz mərc oyunları keçirən dəstəni ifşa etdi

30/06/2026 17:25
53
Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI
CƏMİYYƏT

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

30/06/2026 17:12
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Mələkxanım Eyubovanın həyat yoldaşı nəvəsi ilə — VİDEO

Mələkxanım Eyubovanın həyat yoldaşı nəvəsi ilə — VİDEO

30/06/2026 19:11
50
Esmira Məmmədovaya yeni vəzifə verildi

Esmira Məmmədovaya yeni vəzifə verildi

30/06/2026 19:06
50
“Sovetski” sakininin evi qanunsuz sökülüb?

“Sovetski” sakininin evi qanunsuz sökülüb?

30/06/2026 18:59
50
Qardaş ölkədə faciə: 14 uşaq öldü

Qardaş ölkədə faciə: 14 uşaq öldü

30/06/2026 18:46
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
93

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
76

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
88

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
80

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.