Şənbə, Aprel 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

09/04/2026 11:10
CƏMİYYƏT
51 2
Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi
67
Baxış sayı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Eldar Aslanov bildirib ki, tələbələrin hər gün dərsə gəlməsi və bütün dərslərin, yaxud mövzuların əyani tədrisi məcburi olmamalıdır. Onun sözlərinə görə, bəzi fənlərin mühazirələri məsafədən keçirilə bilər.

Bu fikirlər sosial şəbəkələrdəki təhsil qruplarında və səhifələrdə həftədə üç dəfə əyani dərs olması, iki gün isə distant formada davam etməsi məsələsini gündəmə gətirib.

Sözügedən qaydanın Azərbaycanda tətbiqi mümkündürmü?

Gündəm24.az xəbər verir ki, globalinfo.az-a danışan Əməkdar müəllim, sabiq deputat Sona Əliyevanın fikrincə, Eldar Aslanovun səsləndirdiyi fikir əslində gecikmiş reallıqdır:

“Dünyada universitetlər artıq çoxdan anlayıb ki, tələbəni hər gün auditoriyaya gətirməklə keyfiyyət əldə etmək mümkün deyil. Məqsəd öyrətmək, mütəxəssis hazırlamaqdır. Bu gün ABŞ-da, Avropada mühazirələrin böyük hissəsi ya onlayn keçirilir, ya da yazılıb tələbəyə verilir. Tələbə istədiyi vaxt baxır, təkrar edir, daha rahat mənimsəyir. Auditoriyaya isə daha çox müzakirə, praktika, interaktiv həll üçün gəlir. Yəni universitet mühazirə dinləmə yerindən çox, təcrübə və düşünmə mühitinə çevrilir. Biz bu səviyyəyə hələ çatmamışıq, amma potensial var. Pandemiya dövrü göstərdi ki, texniki olaraq biz bunu bacarırıq. Problem texnologiyada yox, sistemdədir, yəni qaydalar, nəzarət mexanizmi və yanaşma hələ oturuşmayıb”.

Əməkdar müəllimin sözlərinə görə, düzgün yanaşma tətbiq edilərsə, bu təklifin həyata keçirilməsi mümkündür:

“Bakı şəhərində bu sistemi quran və həyata keçirən çox yaxşı kurslar artıq var. Nəzərə almaq lazımdır ki, hər şeyi distant etsək, keyfiyyət düşəcək. Tələbə ilə canlı təmas itəcək, nəzarət zəifləyəcək, təhsil formal xarakter alacaq. Amma düzgün balans qurulsa, əksinə, keyfiyyət arta bilər. Çünki onlayn mühit daha sakit, daha fərdi ehtiyaclara uyğunlaşdırıla bilən bir mühitdir. Deyildiyi kimi, mühazirə distant, müzakirə və praktika isə auditoriyada həyata keçirilə bilər. Lakin bütün mühazirələri də bura aid etmək doğru deyil. Belə bir sistem qurularsa, bu həm tələbəyə rahatlıq verir, həm də universiteti daha funksional edir”.

S.Əliyeva deyib ki, qabaqcıl universitetlər, MİT-dən Sinqapur Milli Universitetinə qədər bu modeli artıq onilliklərdir tətbiq edir:

“Lakin biz hibrid formaya keçmək istəsək, o zaman müəllim hansı komponentlərin onlayn, hansılarının isə əyani keçirilməsinin daha effektiv olduğunu yenidən düşünməlidir. Eyni zamanda, ali təhsil haqqında qanunvericiliyə uyğun tədris yükü normativləri yenidən nəzərdən keçirilməli, akkreditasiya tələbləri hibrid modelə uyğunlaşdırılmalıdır. Mən də düşünürəm ki, bu təklif doğru istiqamətdədir. Dünya bunu edir, elmi dəlillər bunu dəstəkləyir. Amma “bəzi mühazirələri distantlaşdıraq” deməklə effektiv hibrid sistemi qurmaq arasında böyük fərq var. Sistem üçün hazırlıq mütləqdir, texnoloji infrastruktur, müəllim inkişafı, qiymətləndirmə islahatı, bütün bunlar paralel getməsə, bu addım formal dəyişiklikdən ötəyə keçməyəcək. Onsuz da bu dəyişiklik qaçılmazdır, sadəcə, zaman məsələsidir”.

Oxşarxəbərlər

Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı: Axşam saatlarında…
CƏMİYYƏT

Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı: Axşam saatlarında…

11/04/2026 12:03
50
DİQQƏT: Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
CƏMİYYƏT

DİQQƏT: Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər

11/04/2026 11:50
50
Bu ərazilərdə 3 saat işıq OLMAYACAQ
CƏMİYYƏT

Bu ərazilərdə 3 saat işıq OLMAYACAQ

11/04/2026 11:02
58
Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək
CƏMİYYƏT

Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək

11/04/2026 10:54
62
Azərbaycanda bu obyekt BAĞLANDI
CƏMİYYƏT

Azərbaycanda bu obyekt BAĞLANDI

11/04/2026 10:28
54
Maaşlarla bağlı YENİ QƏRAR
CƏMİYYƏT

Maaşlarla bağlı YENİ QƏRAR

11/04/2026 10:12
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılışı keçirilib

Bakıda “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılışı keçirilib

11/04/2026 12:08
50
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı: Axşam saatlarında…

Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı: Axşam saatlarında…

11/04/2026 12:03
50
Tolik yenidən mavi ekrana qayıdır?

Tolik yenidən mavi ekrana qayıdır?

11/04/2026 11:56
50
Tiktoker insan alverinə görə HƏBS olundu

Tiktoker insan alverinə görə HƏBS olundu

11/04/2026 11:55
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
65

121

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
133

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In