Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Gündəm24.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau və Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görülən işlər başa çatdıqdan sonra adıçəkilən ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.














