Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Evlərdə qarışqa ARTIB – Əsas səbəblər AÇIQLANDI!

14/08/2026 14:40
CƏMİYYƏT
49 2
Evlərdə qarışqa ARTIB – Əsas səbəblər AÇIQLANDI!
65
Baxış sayı

Son dövrlər, xüsusilə isti havalarda evlərdə qarışqaların sayının artması sakinlərin diqqətini çəkir. Qarışqalar əsasən mətbəx, eyvan və digər yaşayış sahələrində, xüsusilə qida məhsullarının saxlanıldığı yerlərdə görünür. Bəzən isə az sayda qarışqanın qısa müddət ərzində evin müxtəlif hissələrinə yayıldığı müşahidə olunur.

Maraqlıdır, qarışqaların evlərdə daha çox görünməsinin əsas səbəbi nədir və onlarla necə mübarizə aparmaq olar?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən ekoloq Cəmşid Bəxtiyar bildirib ki, qarışqaların evlərə daxil olmasının əsas səbəblərindən biri qida qalıqlarıdır.

“Qarışqaların bir çox növləri var. Onların evlərə daxil olmasının əsas səbəblərindən biri qida qalıqlarıdır. Şəkər, mürəbbə, bal, meyvə, çörək qırıntıları və hətta gözə görünməyən yapışqan şirinliklər qarışqaları cəlb edir. Bundan başqa, su və rütubət də onların evə gəlməsinə səbəb ola bilər. Mətbəx və hamam, su borularının ətrafı onlar üçün əlverişli yerlərdir”, – deyə ekoloq bildirib.

C.Bəxtiyar qeyd edib ki, qarışqaların evlərə yayılmasında yaxınlıqda yerləşən yuvalar və hava şəraiti də mühüm rol oynayır.

“Yuva evin divarında, döşəmənin altında, pəncərə ətrafında və ya evə yaxın ağacların dibində yerləşə bilər. Ağaclar vasitəsilə divara, oradan isə evə daxil olurlar. Digər səbəb havadır. Yay aylarında qarışqaların fəaliyyəti və qida axtarışı artır. Yağışdan sonra torpaqdakı yuvalar nəmləndikdə və ya su altında qaldıqda qarışqalar daha quru yerlər axtarır və evlərə keçə bilirlər”, – deyə o əlavə edib.

Ekoloqun sözlərinə görə, bir qarışqanın qida mənbəyi tapması qısa müddətdə evdə onların sayının kəskin artmasına səbəb ola bilər.

“Bir qarışqa qida mənbəyi tapanda feromon izi buraxır. Digər qarışqalar həmin izi izlədiyi üçün bir müddət sonra sanki qəfil böyük dəstə yaranır. Evdə qida qalıqları saxlanılmamalı, şəkər, bal, mürəbbə və digər şirin məhsullar açıq vəziyyətdə qoyulmamalıdır. Döşəmədəki qırıntılar təmizlənməlidir. Qarışqaları cəlb edən bütün amillərin qarşısı alınmalıdır. Onların keçdiyi yolları da yaxşı təmizləmək lazımdır”, – C.Bəxtiyar vurğulayıb.

O bildirib ki, yalnız qarışqaları öldürmək problemin tam həlli deyil.

“Onların keçdiyi yerləri sabunlu su ilə yaxşıca təmizləmək feromon izlərini aradan qaldırır. Əks halda qarışqalar həmin izi yenidən taparaq əvvəl gəldikləri yerə qayıda bilərlər. Qarışqalar pəncərə kənarlarından, divar çatlarından, plintusun altından və boruların ətrafındakı boşluqlardan daxil ola bilirlər. Bu yerləri möhkəm şəkildə bağlamaq onların qarşısını almağın effektiv yollarından biridir. Kiçik qarışqa yemi koloniyaya aparır və zəhər orada yayılır. Bu üsulla qarışqaların qarşısını daha effektiv almaq mümkündür”, – deyə ekoloq bildirib.

Oxşarxəbərlər

Məktəbli formalarında QİYMƏTLƏR – Keyfiyyəti necədir?
CƏMİYYƏT

Məktəbli formalarında QİYMƏTLƏR – Keyfiyyəti necədir?

14/08/2026 15:38
50
İşləyən əlillərin PENSİYA KAPİTALI DƏYİŞƏ BİLƏR!
CƏMİYYƏT

İşləyən əlillərin PENSİYA KAPİTALI DƏYİŞƏ BİLƏR!

14/08/2026 14:59
53
Samuxda qarayaraya görə YENİ NƏZARƏT POSTU – FOTO
CƏMİYYƏT

Samuxda qarayaraya görə YENİ NƏZARƏT POSTU – FOTO

14/08/2026 14:54
54
DSX-də YENİ TƏYİNAT – General müavin oldu!
CƏMİYYƏT

DSX-də YENİ TƏYİNAT – General müavin oldu!

14/08/2026 14:52
62
Axtarışda olan şəxslərlə bağlı YENİ REALLIQ
CƏMİYYƏT

Axtarışda olan şəxslərlə bağlı YENİ REALLIQ

14/08/2026 13:56
57
Qaradağda MEYVƏLİ Ticarət Mərkəzində YANĞIN
CƏMİYYƏT

Qaradağda MEYVƏLİ Ticarət Mərkəzində YANĞIN

14/08/2026 13:05
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məktəblərin AÇILACAĞI TARİX RƏSMƏN AÇIQLANDI!

Məktəblərin AÇILACAĞI TARİX RƏSMƏN AÇIQLANDI!

14/08/2026 15:56
50
Məktəbli formalarında QİYMƏTLƏR – Keyfiyyəti necədir?

Məktəbli formalarında QİYMƏTLƏR – Keyfiyyəti necədir?

14/08/2026 15:38
50
Əlil qızı qaçırdılar – DƏHŞƏTLİ HADİSƏ!

Əlil qızı qaçırdılar – DƏHŞƏTLİ HADİSƏ!

14/08/2026 15:09
66
İşləyən əlillərin PENSİYA KAPİTALI DƏYİŞƏ BİLƏR!

İşləyən əlillərin PENSİYA KAPİTALI DƏYİŞƏ BİLƏR!

14/08/2026 14:59
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
67

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
114

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.