İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəsinin ABŞ ilə danışıqlar aparmayacağını açıqlayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” nəşri Laricaninin ABŞ-yə İranın nüvə məsələsi ilə bağlı danışıqların bərpasını təklif etdiyi haqda xəbər yaymışdı.














