Şənbə, Aprel 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kommunal borcu olanların NƏZƏRİNƏ

04/04/2026 10:12
CƏMİYYƏT
47 0
Kommunal borcu olanların NƏZƏRİNƏ
60
Baxış sayı

Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub.

Gündəm24.az  xəbər verir ki, söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir.

Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı işlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin dayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbii inhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpa edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbul edilir.

Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbul olunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianın predmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığına görə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrik enerjisinin dayandırılmasının qadağan olunması barədə qərardad qüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlı xidmətin göstərilməsini dayandıra bilmir. Bəzi istehlakçıların isə bu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdən yayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitlərinin gecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir.

Məsələn, qazdan istifadəyə görə hesablanmış 5000 manat borcun silinməsi tələbi üzrə belə təminat tədbiri tətbiq edildikdən sonra məhkəmə icraatı zamanı istehlakçının əlavə olaraq 10 min manat yeni borcu yarandığı halda, qərardadda təminat tədbirinin hansı məbləğlə məhdudlaşdığı göstərilmədiyi üçün istehlakçı bundan sui-istifadə edərək yeni yaranmış borcunu da ödəmir. Bu da nəticədə təbii inhisar subyektinin hüquqlarının lüzumsuz və qeyri-mütənasib formada məhdudlaşdırılmasına səbəb olur.

Halbuki borcu mübahisələndirən şəxsin ərizəsi əsasında onun hüquqlarının qorunması üçün seçilən belə müvəqqəti tədbir, digər tərəfin (hazırkı halda təbii inhisar subyektinin) mübahisələndirilən məbləğlə bağlı olmayan zəruri hüquqlarının məhdudlaşdırılmasına və ona əsaslı zərərin vurulmasına gətirib çıxarmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin müvəqqəti təminat tədbirləri ilə bağlı müddəalarına görə, tətbiq edilən tədbir gözlənilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

Digər tərəfdən “Elektrik enerjisindən istifadə Qaydaları”, “Qazdan istifadə Qaydaları” və “Sudan istifadə Qaydaları”nda hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə təchizatçının xidməti dayandırma hüququ nəzərdə tutulub.

Müəyyən edilib ki, məhkəmələr təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi ilə bağlı işlərdə yuxarıda qeyd olunan müvəqqəti təminat tədbirini tətbiq edərkən, həmin tədbirin iddianın predmeti və mübahisələndirilən məbləğə münasibətdə tətbiq edilməli olduğunu diqqətdə saxlamalıdırlar. Həmçinin bu təminat tədbirinin tətbiq edilməsinə baxmayaraq, mübahisə predmeti təşkil etməyən yeni borclara münasibətdə təbii inhisar subyekti tərəfindən xidmətin göstərilməsinin dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır.

Belə müvəqqəti təminat tədbiri ilə bağlı qərardadların nəticə hissəsində bu tədbirin məhz hansı borc məbləği ilə bağlı tətbiq olunduğu aydın göstərilməlidir (məsələn, qətnamə qanuni qüvvəsini alanadək A-ya məxsus X ünvanda yerləşən X saylı abonent kodu olan qeyri-yaşayış sahəsinə 5000 manat mübahisəli borca münasibətdə təbii qazın verilməsinin dayandırılması “Azəriqaz” İstehsalat Birliyinə qadağan olunsun və təbii qazın verilməsi bərpa olunsun)./Trend.Az

Oxşarxəbərlər

Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? – VİDEO
CƏMİYYƏT

Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? – VİDEO

04/04/2026 12:19
50
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
CƏMİYYƏT

Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib

04/04/2026 12:12
51
Bu ərazilərdə mənzillər BAHALAŞIR
CƏMİYYƏT

Bu ərazilərdə mənzillər BAHALAŞIR

04/04/2026 12:10
51
Bu şəhərdə ehsan verilməsi QADAĞAN EDİLDİ
CƏMİYYƏT

Bu şəhərdə ehsan verilməsi QADAĞAN EDİLDİ

04/04/2026 11:50
63
Azərbaycanda yeni MALL TİKİLİR
CƏMİYYƏT

Azərbaycanda yeni MALL TİKİLİR

04/04/2026 11:18
56
SON DƏQİQƏ! Nazirlik xəbərdarlıq etdi – Subasma…
CƏMİYYƏT

SON DƏQİQƏ! Nazirlik xəbərdarlıq etdi – Subasma…

04/04/2026 09:47
68

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda 16 yaşlı qız faciəvi şəkildə ölüb

Sumqayıtda 16 yaşlı qız faciəvi şəkildə ölüb

04/04/2026 12:22
51
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? – VİDEO

Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? – VİDEO

04/04/2026 12:19
50
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib

Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib

04/04/2026 12:12
51
Bu ərazilərdə mənzillər BAHALAŞIR

Bu ərazilərdə mənzillər BAHALAŞIR

04/04/2026 12:10
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
107

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

02/04/2026 09:38
72

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

02/04/2026 09:06
63

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

02/04/2026 06:56
77

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.