Lənkəranda yanlış bir xəbər yanğınsöndürənləri və polisi hərəkətə keçirib.
Gündəm24.az xəbər verir ki, Lənkəranda yanlış xəbər hüquq-mühafizə orqanlarını hərəkətə keçirib.
Bu gün təqribən saat 10:35 radələrində FHN-nin Lənkəran yanğından mühafizə hissəsinə, rayonun Separadi kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub.
Məlum olub ki, xəbər yanlışdır və sözügedən kənddə hər hansı bir yanğın yoxdur. Məsələ ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Yanlış məlumat verən şəxsin kimliyi və nə üçün bu addımı atdığı araşdırılır.
Qeyd edək ki, Lənkəran şəhərindən Separadi kəndinə 20 km yoldur.












