Gündəm24.az EDnews-a istinadla xəbər verir ki, bunu Xalq şairinin köməkçisi Arif Mehmandost bildirib.
Onun sözlərinə görə, xəstə hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir və müalicəsi davam etdirilir.
“Süni tənəffüs aparatına qoşulub. Həkimlərin dediyinə görə, səhhətində müəyyən irəliləyiş müşahidə olunur. Lakin evə buraxılması və ya palataya köçürülməsi ilə bağlı heç bir söhbət gedə bilməz”.













