Şənbə, Dekabr 6, 2025
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Nazirdən anons: iş yerlərində ciddi dəyişiklik olacaq – Vacib nüanslar

02/12/2025
CƏMİYYƏT
42 3
Nazirdən anons: iş yerlərində ciddi dəyişiklik olacaq – Vacib nüanslar
57
Baxış sayı

⁠Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin son çıxışı diqqət çəkib. O bildirib ki, 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22 faizinin struktur dəyişikliklərinə məruz qalacağı gözlənilir. Nazir Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan “İşlərin Gələcəyi Hesabatı”na istinad edib.

Bu dəyişikliklər konkret olaraq hansı sahə və peşələrə təsir edəcək?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki,danışan iqtidasçı Natiq Cəfərli deyib ki, burada söhbət süni intellektin yaratdığı yeni imkanlar fonunda bəzi iş yerlərinin azalmasından gedir:

Nazirdən anons: iş yerlərində ciddi dəyişiklik olacaq - Vacib nüanslar

Natiq Cəfərli

“Bu prosesdə faciəvi bir məqam yoxdur. Dünya tarixi belə dəyişikliklərlə doludur. Məsələn, XIX əsrdə şəhərlərdə ən populyar peşələrdən biri fənərləri yandırmaq idi. Londonda minlərlə insan bu işlə məşğul olurdu. Sovet dövründə Azərbaycanda da liftçi və telefonçu kimi peşələr olub və zamanla yoxa çıxıb. Sadəcə bunlardan nəticə çıxarmalı, təhsil sisteminə yeniliklər gətirilməlidir. Əsas problem odur ki, bəzi ixtisaslar 50–60 ildir yenilənmir. Halbuki bu gün yeni ixtisaslara və müasir tələblərə cavab verən mütəxəssislərə ehtiyac var. Süni intellekt, internetin inkişafı, onlayn bankçılıq və ticarət kimi sahələr həm bəzi peşələrin sıradan çıxmasına, həm də yeni peşələrin yaranmasına səbəb olur. Dövlətin əsas funksiyası bu dəyişiklikləri vaxtında görmək və mütəxəssislərin formalaşması üçün uyğun infrastruktur yaratmaqdır”.

Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, süni intellekt əmək bazarının sürətlə formalaşmasına səbəb olur:

“Bu dəyişikliklər xüsusilə rutin və təkrarlanan əməliyyatlara əsaslanan peşələrdə daha aydın görünür. Artıq süni intellekt məlumat daxil edilməsi, sənədləşmə, çağrı mərkəzləri, baza səviyyəli mühasibatlıq, standart audit, hətta başlanğıc səviyyəli dizayn və kontent hazırlığı kimi işləri daha sürətli və az xətayla yerinə yetirə bilir. Təbii ki, bu, peşəkar fəaliyyətləri tam əvəz etmək anlamına gəlmir. Buna baxmayaraq, həmin sahələrdə insan resursuna ehtiyac müəyyən qədər azalır və artıq real təsirlər müşahidə olunur”.

Nazirdən anons: iş yerlərində ciddi dəyişiklik olacaq - Vacib nüanslar

Əmrah Mövsümzadə

Ekspert qeyd edib ki, süni intellektin təsiri yalnız ofis işləri ilə məhdudlaşmır:

“İstehsalat, logistika, marketinq analitikası, media monitorinqi kimi sahələrdə də avtomatlaşdırma sürətlə artır. Bu proses bəzi peşələri tam yox etməsə də, onların strukturunu ciddi şəkildə dəyişir. Belə ki, daha az əmək, daha çox nəzarət və analitik düşüncə tələb edən yeni iş modelləri yaranır. Bununla yanaşı, süni intellekt bütün sahələri əvəz etmir, əksinə, bəzilərini strateji və vacib edir. Kibertəhlükəsizlik bunun ən aydın nümunəsidir. Süni intellekt əsaslı hücumlar mürəkkəbləşdikcə, güclü müdafiə mexanizmlərinə və çevik insan analizinə ehtiyac artır. Bu səbəbdən kibertəhlükəsizlik və buna bənzər sahələrin rolu böyüyür. Eyni tendensiya strateji idarəetmə, analitika, tədqiqat, kreativ fəaliyyət və insanlararası ünsiyyət tələb edən peşələr üçün də keçərlidir. Bu sahələrdə insan faktorunun əhəmiyyəti daha da yüksəlir. Nəticə etibarilə, süni intellekt əmək bazarını sıradan çıxarmaq üçün deyil, yenidən formalaşdırmaq üçün gəlir”.

Oxşarxəbərlər

Pensiya alanların NƏZƏRİNƏ
CƏMİYYƏT

Pensiya alanların NƏZƏRİNƏ

06/12/2025
64
Şəhid ailələri və əlilliyi olan şəxslərə şad xəbər…
CƏMİYYƏT

Şəhid ailələri və əlilliyi olan şəxslərə şad xəbər…

06/12/2025
67
20 gündə 6 CAN — “Səssiz ölüm” yenə GÜNDƏMDƏ
CƏMİYYƏT

20 gündə 6 CAN — “Səssiz ölüm” yenə GÜNDƏMDƏ

06/12/2025
59
Uşaqlı ailələrə şad xəbər: yeni ödənişlər… – Deputat açıqladı
CƏMİYYƏT

Uşaqlı ailələrə şad xəbər: yeni ödənişlər… – Deputat açıqladı

06/12/2025
57
Bakıda bu avtobusda gediş haqqı artacaq – SƏBƏB
CƏMİYYƏT

Bakıda bu avtobusda gediş haqqı artacaq – SƏBƏB

05/12/2025
56
Nazirin maaşla bağlı sözləri diqqət çəkdi – İllər öncə hədəf qoyulubmuş
CƏMİYYƏT

Nazirin maaşla bağlı sözləri diqqət çəkdi – İllər öncə hədəf qoyulubmuş

05/12/2025
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu gün Murad Dadaşovun oğlununun toyudur – FOTO

Bu gün Murad Dadaşovun oğlununun toyudur – FOTO

06/12/2025
56
Yanğında həlak olan ana və övladları dəfn edildi – VİDEO

Yanğında həlak olan ana və övladları dəfn edildi – VİDEO

06/12/2025
56
Donald Tramp İlham Əliyevə təşəkkür etdi

Donald Tramp İlham Əliyevə təşəkkür etdi

06/12/2025
86
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi – FOTOLAR

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi – FOTOLAR

06/12/2025
84

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasar, Gərnibasar və Qırxbulaq-Azərbaycanın Əzəli Torpaqları

Zəngibasar, Gərnibasar və Qırxbulaq-Azərbaycanın Əzəli Torpaqları

03/12/2025
70

VEDİBASAR – QƏDİM AZƏRBAYCAN YURDUNUN QOPARILMIŞ PARÇASI

VEDİBASAR – QƏDİM AZƏRBAYCAN YURDUNUN QOPARILMIŞ PARÇASI

28/11/2025
101

“Zəngəzurun əsl sahibləri – Minillik tarixi olan torpaqlarda türk izləri”

“Zəngəzurun əsl sahibləri – Minillik tarixi olan torpaqlarda türk izləri”

26/11/2025
75

“Ukraynada sülh dərhal mümkün deyil” — Merz

“Ukraynada sülh dərhal mümkün deyil” — Merz

25/11/2025
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.