Çərşənbə axşamı, Mart 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Nazirin maaşla bağlı sözləri diqqət çəkdi – İllər öncə hədəf qoyulubmuş

05/12/2025 08:00
CƏMİYYƏT
50 1
Nazirin maaşla bağlı sözləri diqqət çəkdi – İllər öncə hədəf qoyulubmuş
64
Baxış sayı

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əməkhaqqı ilə bağlı çıxışı birmənalı qarşılanmayıb. O, Milli Məclisin plenar iclasında bildirib ki, ötən müddət ərzində maaş 3,1 dəfə artırılıb.

Sitat: “Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqın məbləği 130 manat idi”.

Qeyd edək ki, 130 manat minimum əməkhaqqı 2018-ci ildə qüvvəyə minib. Amma nazirin son bəyanatı narazılıq yaradıb. İctimaiyyətin bir qismi bu artımı kifayət qədər ləng və məbləğ etibarilə zəif hesab edir.

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu, rəsmi olaraq 7 il ərzində 270 manat artım deməkdir:

“Bu artım əhəmiyyətli görünsə də, inflyasiya fonunda vəziyyət fərqlidir. Son 7 ildə Azərbaycanda təsdiqlənən inflyasiya orta hesabla illik təxminən 6-8% civarında olub. Lakin real inflyasiya bundan ən azı 4-7% çoxdur. Rəsmi inflyasiyaya əsasən sadə hesablama ilə 7 il üçün toplam artım təxminən 50-70% arasındadır. Real inflyasiyanı nəzərə aldıqda isə bu artım 100-150%-ə yaxınlaşıb. Çünki inflyasiya göstəriciləri sadəcə illər üzrə mexaniki toplanma ilə hesablanmır. Yəni 7 il ərzində minimum əməkhaqqı 4 dəfə artmalı idi: 130 manatlıq minimum əməkhaqqı inflyasiya ilə adekvat şəkildə artmış olsaydı, indiki məbləğ 400 manatdan daha çox olmalıdır. Bu isə göstərir ki, real olaraq minimum əməkhaqqı alıcı gücünü kifayət qədər qoruyub saxlamayıb”.

Nazirin maaşla bağlı sözləri diqqət çəkdi - İllər öncə hədəf qoyulubmuş

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda Avropa Əmək Xartiyasına uyğun olaraq öhdəlik götürüb:

“Buna əsasən, minimum əməkhaqqı 5 il ərzində orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmalı idi. Lakin 24 il keçməsinə rəğmən bu nisbət hazırda yalnız 40 faizdir. Orta aylıq əməkhaqqı təxminən 1000 manat olduğu halda, minimum əməkhaqqı 400 manatdır. Bu o deməkdir ki, minimum əməkhaqqı nəzərdə tutulan hədəfdən həddindən artıq aşağıdır. 5 illik hədəf 25 ilə vurulmayıb. Minimum əməkhaqqı orta əməkhaqqının təxminən 60 faizi səviyyəsinə yaxınlaşacaq dərəcədə artırılmalıdır. Bu halda minimum əməkhaqqı 600 manat civarında olmalıdır. Ona görə də 7 illik dövrdə yalnız 270 manat artım iqtisadi reallıqları əks etdirmir və vətəndaşın alıcılıq gücünün qorunması baxımından yetərli deyil”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, bu statistikanı səsləndirən nazir əvvəlcə özünə müəyyən suallar verməlidir:

Nazirin maaşla bağlı sözləri diqqət çəkdi - İllər öncə hədəf qoyulubmuş

Natiq Cəfərli

“Məsələn, son 7 ildə qiymətlər nə qədər artıb və inflyasiya hansı səviyyədə olub? Həmin dövrdə ətin kilosu 6-8 manat olduğu halda, hazırda 20-24 manat civarındadır. Yağın kilosu 9-10 manat idi, indi isə 25 manatdır. Kartof və soğan kimi gündəlik tələbat malları da 7 il əvvəl xeyli ucuz idi. Bu səbəbdən belə müqayisələr düzgün hesab oluna bilməz. Məmurlar başa düşməlidirlər ki, əsassız müqayisələr cəmiyyətdə narazılıq və qıcıq yaradır. Buna görə də real göstəricilərə əsaslanan obyektiv müqayisələr aparmaq daha məqsədəuyğundur”.

Qeyd edək ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına (AŞ) üzv olan zaman, praktiki olaraq sosial və əmək hüquqları sahəsində öhdəliklər götürüb. Bunlardan biri də Avropa Sosial Xartiyası (ASX) ilə bağlıdır. ASX-nin praktik şərtləri əsasında, minimum əməkhaqqının “ədalətli əmək haqqı” sayılması üçün onun orta aylıq əməkhaqqının ən azı 60 %-i olması tövsiyə olunur.

Oxşarxəbərlər

İrandan Azərbaycan sərhədi ilə xarici vətəndaşların təxliyəsi davam edir – YENİLƏNİB
CƏMİYYƏT

İrandan Azərbaycan sərhədi ilə xarici vətəndaşların təxliyəsi davam edir – YENİLƏNİB

02/03/2026 22:20
59
Daşınmaz əmlak bazarında real vəziyyət: ekspert proqnozlar verdi
CƏMİYYƏT

Daşınmaz əmlak bazarında real vəziyyət: ekspert proqnozlar verdi

02/03/2026 22:00
63
Texniki baxışla bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

Texniki baxışla bağlı XƏBƏRDARLIQ

02/03/2026 21:12
56
Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ
CƏMİYYƏT

Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ

02/03/2026 18:10
58
Partlayış səsləri eşidiləcək – Nazirlikdən xəbərdarlıq
CƏMİYYƏT

Partlayış səsləri eşidiləcək – Nazirlikdən xəbərdarlıq

02/03/2026 16:07
52
Müdafiə Nazirliyi məlumat yaydı
CƏMİYYƏT

Müdafiə Nazirliyi məlumat yaydı

02/03/2026 15:53
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI

SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI

02/03/2026 23:40
51
Pezeşkian İran küçələrində görüntüləndi – FOTO

Pezeşkian İran küçələrində görüntüləndi – FOTO

02/03/2026 23:27
57
Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti pisləşdi

Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti pisləşdi

02/03/2026 23:15
52
Təbrizin hərbi hava bazası vuruldu

Təbrizin hərbi hava bazası vuruldu

02/03/2026 23:11
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

02/03/2026 08:55
63

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

02/03/2026 08:40
60

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

02/03/2026 07:11
74

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

02/03/2026 03:46
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.