Qeyri-sabit hava şəraitinə baxmayaraq, ölkə ərazisində qatarların hərəkəti davam etdirilir.
Bu barədə Gündəm24.az “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir.
“Bununla belə, təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi sahələrdə sürət həddinin endirilməs tətbiq olunur. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları mümkündür”.














