Cümə, İyun 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rəsmi işi olmayanlar necə kredit ala bilər?

11/06/2026 20:37
CƏMİYYƏT
44 1
Rəsmi işi olmayanlar necə kredit ala bilər?
57
Baxış sayı
Qızıl girovu ilə verilən kreditlər son illərdə maliyyə bazarında ən çox müraciət edilən kredit məhsullarından birinə çevrilib. Xüsusilə rəsmi gəliri olmayan, kredit tarixçəsində problemlər yaşayan və ya ənənəvi bank kreditlərinə çıxış imkanları məhdud olan şəxslər üçün bu model alternativ maliyyələşmə vasitəsi hesab olunur. Belə kreditlər qısa müddətdə nağd vəsait əldə etmək imkanı yaratsa da, müəyyən riskləri də özündə ehtiva edir.
Bəs qızıl girovu ilə kredit götürən şəxslər hansı hallarda problemlə üzləşə bilər?
Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında qızıl girovu ilə verilən kreditlərin əsasən təminatlı kredit növlərinə aid olduğunu və bir çox hallarda lombard krediti kimi tanındığını bildirib.
Onun sözlərinə görə, bu kredit məhsulu ən çox rəsmi iş yeri olmayan və ya müxtəlif səbəblərdən bankların standart kredit şərtlərinə uyğun gəlməyən şəxslər üçün əlavə imkan yaradır.
“Bu, əsasən rəsmi iş yeri olmayan və kredit götürə bilməyən şəxslər üçün əlavə kredit imkanıdır. Yəni təminatlı kredit növlərinə aid edilən, bir çox hallarda lombard krediti kimi tanınan kredit məhsuludur. Şəxsin biznesi ola bilər və ya ümumiyyətlə işləməyə bilər, lakin təcili pul vəsaitinə ehtiyacı yarandıqda və ya müəyyən məbləğ əldə etmək istədikdə, əgər qızılı varsa, onun bir hissəsini girov qoyaraq kredit götürə bilər”.
Ekspert qeyd edib ki, bu mexanizm istifadə olunmayan aktivlərin maliyyə resursuna çevrilməsinə imkan verir.
“Beləliklə, qeyri-işlək aktiv işlək aktivə çevrilmiş olur. Şəxs qızılı girov qoyaraq kredit alır və vaxtında ödənişləri edərək öhdəliyini yerinə yetirdikdən sonra girovdan azad edir. Bu baxımdan qızıl girovu ilə kredit vətəndaşın qısamüddətli maliyyə ehtiyaclarını qarşılamaq üçün çevik həll yollarından biri hesab olunur”.
Emin Kərimovun sözlərinə görə, əsas risk kredit öhdəliklərinin vaxtında yerinə yetirilmədiyi hallarda ortaya çıxır. Belə vəziyyətlərdə girov qoyulmuş qızılın bir hissəsi və ya tam şəkildə realizə edilməsi mümkündür.
“Risklər isə ondan ibarətdir ki, əgər şəxs krediti vaxtında tam ödəyə bilməsə və müqavilə şərtlərini pozarsa, girov qoyulmuş qızıl borcun ödənilməsinə yönəldilə bilər. Bu zaman kredit təşkilatı öz vəsaitini geri qaytarmaq üçün girov predmetindən istifadə edir”.
Bununla belə, ekspert hesab edir ki, bu kredit növündə risk digər bəzi kredit məhsulları ilə müqayisədə daha idarəolunan xarakter daşıyır.
“Bu halda risk nisbətən yumşaq hesab olunur. Məsələn, əgər kreditin 50-60 faizi artıq ödənilibsə və yalnız qalan hissə bağlanmayıbsa, realizə prosesi zamanı yalnız borcu qarşılayan hissə qədər qızılın satılması mümkündür. Artıq qalan hissə isə müştəriyə qaytarıla bilər. Bu da girov qoyan şəxsin bütün əmlakını itirməsinin qarşısını alan mexanizmlərdən biridir”.
Bank eksperti bildirib ki, qızıl girovu ilə kredit götürməzdən əvvəl vətəndaşlar müqavilə şərtlərini diqqətlə öyrənməli, aylıq ödəniş imkanlarını düzgün qiymətləndirməli və gecikmə halında tətbiq edilə biləcək şərtlərlə tanış olmalıdırlar.
“Ümumilikdə rəsmi gəlir arayışı təqdim edə bilməyən və ya müxtəlif səbəblərdən kredit əldə etməkdə çətinlik çəkən şəxslər qızıllarını girov qoyaraq nağd vəsait ehtiyaclarını qarşılaya bilirlər. Bu, müştərilər üçün əlavə imkan yaradan kredit məhsuludur. Lakin hər bir kredit öhdəliyi kimi, burada da maliyyə imkanları düzgün hesablanmalı və risklər əvvəlcədən nəzərə alınmalıdır”.
Beləliklə, qızıl girovu ilə kreditlər maliyyə əlçatanlığını artırsa da, vətəndaşlar qərar verməzdən əvvəl faiz dərəcələrini, ödəniş cədvəlini və girov şərtlərini diqqətlə təhlil etməlidirlər. Bu yanaşma gələcəkdə yarana biləcək maliyyə problemlərinin qarşısını almağa kömək edə bilər.

Oxşarxəbərlər

Baş nazirdən TƏCİLİ iclas – Tapşırıqlar verildi
CƏMİYYƏT

Baş nazirdən TƏCİLİ iclas – Tapşırıqlar verildi

11/06/2026 19:29
58
Sumqayıtda mühüm görüş: İsveçdəki “Qərbi Azərbaycana qayıdış” missiyasının nəticələri-FOTOLAR
CƏMİYYƏT

Sumqayıtda mühüm görüş: İsveçdəki “Qərbi Azərbaycana qayıdış” missiyasının nəticələri-FOTOLAR

11/06/2026 19:14
57
Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq
CƏMİYYƏT

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

11/06/2026 18:49
57
ABŞ-Rusiya müharibəsi ilə bağlı KRİTİK XƏBƏRDARLIQ: Hücumu kim edəcək?
CƏMİYYƏT

ABŞ-Rusiya müharibəsi ilə bağlı KRİTİK XƏBƏRDARLIQ: Hücumu kim edəcək?

11/06/2026 17:11
54
ABŞ-Rusiya müharibəsi ilə bağlı KRİTİK XƏBƏRDARLIQ: Hücumu kim edəcək?
CƏMİYYƏT

ABŞ-Rusiya müharibəsi ilə bağlı KRİTİK XƏBƏRDARLIQ: Hücumu kim edəcək?

11/06/2026 17:11
55
Sürücülərə XƏBƏRDARLIQ: Bu halda 20 manat cərimələnəcəksiniz
CƏMİYYƏT

Sürücülərə XƏBƏRDARLIQ: Bu halda 20 manat cərimələnəcəksiniz

11/06/2026 16:29
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azad etdi

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azad etdi

11/06/2026 23:38
52
Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub – VİDEO

Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub – VİDEO

11/06/2026 22:50
53
Tramp İrana planlaşdırılan zərbələri LƏĞV ETDİ

Tramp İrana planlaşdırılan zərbələri LƏĞV ETDİ

11/06/2026 22:00
55
Azərbaycanda DƏHŞƏTLİ QƏZA – Yaralılar var – FOTO

Azərbaycanda DƏHŞƏTLİ QƏZA – Yaralılar var – FOTO

11/06/2026 21:12
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda mühüm görüş: İsveçdəki “Qərbi Azərbaycana qayıdış” missiyasının nəticələri-FOTOLAR

Sumqayıtda mühüm görüş: İsveçdəki “Qərbi Azərbaycana qayıdış” missiyasının nəticələri-FOTOLAR

11/06/2026 19:14
57

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

11/06/2026 11:30
95

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

10/06/2026 11:42
71

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

Əsrlərin Ardınca Gələn Həqiqət: Qərbi Azərbaycanın Tarixi Yenidən Gündəmdə

09/06/2026 15:19
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In