Şəhid mayor Asiman Əliyevin atası Vaqif Əliyev uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə ekspert Elyar İslamoğlu məlumat yayıb.
“Asimanın anası da oğlunun 40 mərasimi günü vəfat etmişdi.
Xatırladım ki, Asiman Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində doğulub. 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 noyabr tarixində Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Asiman Əliyev göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bütün şəhidlərimizin ruhu şad olsun”, – deyə o bildirib.













