Çərşənbə, Oktyabr 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

ŞAD XƏBƏR: Bu tələbələrə kirayə pulu verilə bilər- AÇIQLAMA

22/09/2026 14:45
CƏMİYYƏT
826 8
ŞAD XƏBƏR: Bu tələbələrə kirayə pulu verilə bilər- AÇIQLAMA
690
Paylaşım sayı
959
Baxış sayı

Ali məktəbə yüksək balla qəbul olunan, lakin təhsil almaq üçün başqa şəhərə köçməli olan tələbələrin qarşılaşdığı əsas problemlərdən biri yaşayış xərcləridir. Xüsusilə Bakıda və digər böyük şəhərlərdə kirayə qiymətlərinin yüksək olması ailələr üçün əlavə maliyyə yükü yaradır.

Bəs yüksək nəticə göstərən və maddi imkanları məhdud olan tələbələrin kirayə xərclərinin dövlət tərəfindən qarşılanması və ya onlara bu məqsədlə maddi dəstək göstərilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, bu məsələni müzakirə etməyə dəyər:

“Xüsusilə yüksək nəticə göstərərək ali məktəbə qəbul olunan, lakin universitet başqa şəhərdə yerləşdiyi üçün ailəsindən ayrı yaşamaq məcburiyyətində qalan tələbələrin yaşayış xərcləri ciddi yükə çevrilə bilir.

Hazırda yüksək balla ali məktəbə qəbul olunmaq bütün tələbələr üçün avtomatik olaraq kirayə haqqının dövlət tərəfindən ödənilməsi hüququ yaratmır. Bununla belə, Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan müəyyən kateqoriyadan olan gənclərin təhsil , o cümlədən yataqxana imkanı olmadıqda ev kirayəsi xərclərinə dəstək göstərilməsini nəzərdə tutan mexanizmlər mövcuddur. Yəni belə bir model hüquqi və maliyyə baxımından tamamilə yad yanaşma deyil.

Mən hesab edirəm ki, bunu daha geniş və hədəflənmiş formada tətbiq etmək mümkündür. Məsələn, yüksək bal toplayaraq dövlət universitetinə qəbul olunan, daimi yaşayış yeri universitetin yerləşdiyi şəhərdən kənarda olan və ailəsinin maddi vəziyyəti müəyyən meyarlara cavab verən tələbələr üçün aylıq “yaşayış dəstəyi” müəyyən edilə bilər. Burada bütün kirayə haqqının ödənilməsi vacib deyil. Dövlət, məsələn, kirayə xərcinin müəyyən hissəsini kompensasiya edə və ya tələbəyə sabit aylıq məbləğ verə bilər.

Belə bir sistemdə əsas meyar yalnız yüksək bal olmamalıdır. Tələbənin ailəsinin gəliri, başqa şəhərdən gəlməsi, yataqxana imkanının olub-olmaması və sonrakı akademik göstəriciləri də nəzərə alınmalıdır. Əks halda, eyni yüksək balı toplayan, lakin maddi imkanları tamamilə fərqli olan iki tələbəyə eyni formada dəstək göstərilməsi sosial baxımdan ədalətli olmaz”.

Ekspertin sözlərinə görə ümumiyyətlə, yüksək nəticə göstərən tələbəni yalnız universitetə qəbul olduğu gün mükafatlandırmaqla kifayətlənməməliyik.

“Hazırda ən yüksək nəticə göstərən tələbələr üçün Prezident təqaüdü də mövcuddur və onun məbləği 1 sentyabr 2025-ci ildən 350 manat müəyyən edilib. Lakin regiondan Bakıya və ya başqa böyük şəhərə gələn tələbə üçün əsas problemlərdən biri məhz yaşayışdır.

Uzunmüddətli həll isə tələbə yataqxanalarının sayının artırılmasıdır. Dövlət universitetlərinin kifayət qədər və münasib qiymətli yataqxana fondu olarsa, kirayə kompensasiyasına ehtiyac da xeyli azalacaq. Yataqxana çatışmazlığı aradan qaldırılanadək isə aztəminatlı və yüksək nəticə göstərən tələbələr üçün kirayə və ya yaşayış subsidiyasının tətbiqi faydalı sosial dəstək mexanizmi ola bilər”.

Oxşarxəbərlər

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!
Gündəm

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

07/10/2026 01:35
1k
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi
CƏMİYYƏT

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı
Manşet

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı

06/10/2026 23:51
980
Vakansiyaya yaş həddi qoyan müdirlərə RƏSMİ XƏBƏRDARLIQ!
Manşet

Vakansiyaya yaş həddi qoyan müdirlərə RƏSMİ XƏBƏRDARLIQ!

06/10/2026 23:05
964
Azərbaycanda bağçalarla bağlı sevindirici xəbər
CƏMİYYƏT

Azərbaycanda bağçalarla bağlı sevindirici xəbər

06/10/2026 22:59
954
Daha bir qida məhsulunun qiyməti kəskin artdı – VİDEO
CƏMİYYƏT

Daha bir qida məhsulunun qiyməti kəskin artdı – VİDEO

06/10/2026 22:10
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

07/10/2026 01:35
1k
Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

07/10/2026 01:10
966
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

07/10/2026 00:01
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

06/10/2026 14:51
1k

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

06/10/2026 10:33
964

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

06/10/2026 08:49
964

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

05/10/2026 17:13
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In