Kürdəmir rayonu ərazisində, Ağsu-Bəhrəmtəpə magistral yolunun 30-cu kilometrliyində diametri 500 mm olan Külüllü-Kürdəmir içməli su xəttində qəza baş verib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Regional Su Meliorasiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, qəzanın aradan qaldırılması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq rayon üzrə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra gün ərzində içməli suyun verilməsi bərpa ediləcək.













