ABŞ-a məxsus “B-1B Lancer” və “B-52H Stratofortress” strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı “RAF Fairford” bazasına yerləşdirilib. 1 tonluq “JDAM-31 BLU-109” bombaları ilə təchiz olunmuş bu təyyarələrin hər an İrana qarşı mümkün zərbələr endirməyə hazır olduğu bildirilir.
Gündəm24.az xəbər verir ki, bölgədə hərbi hərəkətlilik bununla bitmir. Məlumata görə, hərbi-nəqliyyat aviasiyası fasiləsiz şəkildə bazaya döyüş sursatları daşımağa davam edir. Ekspertlər bu cür genişmiqyaslı hazırlığı ABŞ-ın regiondakı gərginliyə qarşı ən sərt hərbi cavab addımlarından biri kimi qiymətləndirirlər./NOCOMMENT.az














