ABŞ xüsusi təyinatlıları İrana daxil olub.
Gündəm24.az xəbər verir ki, məlumatlara görə, ABŞ-a məxsus C-130 Herkules hərbi nəqliyyat təyyarəsi İran ərazisi üzərində aşağı hündürlükdə uçaraq görünməz tüstü buraxır.
Ehtimal olunur ki, ABŞ qüvvələri vurulmuş F-15E qırıcısının pilotlarını axtarmaq üçün əməliyyat aparır.
İranın Tasnim agentliyi bildirir ki, ABŞ-a məxsus F-15E təyyarəsi İran üzərində vurulub, pilot katapult edərək təyyarəni tərk edib. O, İran qüvvələri tərəfindən ələ keçirilmiş ola bilər.
Həmçinin iddia edilir ki, ABŞ xüsusi təyinatlı qüvvələri İranın cənubunda müşahidə olunub və pilotun axtarışında iştirak edir.
Bununla belə, qeyd olunan məlumatların heç biri hələ təsdiqlənməyib və ABŞ tərəfindən rəsmi açıqlama verilməyib./konkret













