İran Küveyt üzərində Amerikanın F-15 qırıcı təyyarəsini vurub.
Gündəm24.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları “Vaad Sadeq – 4” xüsusi əməliyyatı çərçivəsində eyni vaxtda üç hücum əməliyyatı həyata keçirib.
Bundan əlavə, “Hizbullah” qruplaşması Ərbil hava bazasında Amerika əsgərlərinin yerləşdiyi hotelə hücum həyata keçirib.














