Cümə, Mart 6, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Böyük şahmat oyunu: Müharibənin görünməyən üzü

06/03/2026 10:48
Dünya
46 3
Böyük şahmat oyunu: Müharibənin görünməyən üzü
62
Baxış sayı

Bu gün dünyada medianın manşetlərini bəzəyən İran-İsrail-ABŞ gərginliyini, Molla rejiminin gələcəyini və Yaxın Şərqdəki alovlanmanı müzakirə edir. Lakin bu, mənzərənin yalnız görünən hissəsidir. Əslində, biz bir-birindən minlərlə kilometr uzaqda baş verən, lakin eyni mərkəzdən idarə olunan nəhəng bir strateji planın şahidiyik.

Gəlin, kənardan baxanda əlaqəsiz görünən iki mühüm hadisəni birləşdirək.

Birinci pərdə: Venesuela

ABŞ Cənubi Amerikada Maduro rejiminə qarşı əməliyyat keçirəndə bunu “demokratiyanın zəfəri” kimi təqdim etdi. Lakin sual əslində fərqli olmalıdır: Venesuelanın ən böyük neft müştərisi kimdir? Cavab: Çin. Gündəlik 800 min barel neft birbaşa Pekinə axırdı. Maduro devrildi və o xətt qəfildən kəsildi.

 

İkinci pərdə: İran

Yaxın Şərqdə alovlanan müharibə və İranın hərbi-siyasi elitasına endirilən zərbələr “nüvə təhlükəsizliyi” bəhanəsi ilə əsaslandırıldı. Amma yenə əsas sual unuduldu: İranın neftindən kim qidalanırdı? Yenə Çin. İran gündəlik 1,5 milyon barel nefti birbaşa Çin iqtisadiyyatının damarlarına vururdu. Müharibə başladı və o damar da kəsildi.

 

İki fərqli qitə, iki fərqli siyasi bəhanə, lakin dəyişməyən tək hədəf: Çin iqtisadiyyatını susuz qoymaq.

Ray Dalio və tarixin təkrarı

Məşhur investor və strateq Ray Dalionun məşhur bir tezisi var: Yüksələn güc mövcud hegemonu ötməyə başlayanda, toqquşma fiziki bir qanuna çevrilir.

 

Tarix bu filmi dəfələrlə izləyib:

Almaniya Britaniyanı keçməyə çalışdı — dünya Birinci müharibəyə sürükləndi.
Yaponiya Sakit okeanda ABŞ-yə rəqib oldu — dünya İkinci müharibəni yaşadı.
SSRİ ABŞ-yə meydan oxudu — Soyuq müharibə onillikləri iflic etdi.

İndi növbə Çindədir. Dünyada səna istehsalının 28%-ni təkbaşına idarə edən və 2030-cu ildən sonra dünyanın lider iqtisadiyyatı olmağa hazırlaşan Çin, ABŞ üçün “varoluşsal bir böhran” deməkdir.

Mühərriki dayandırmağın strateji yolu

Çin dünyanın ən nəhəng mühərrikidir. Lakin bu mühərrikin zəif nöqtəsi də var. Çinin əsas zəif nöqtəsi öz yanacağını (nefti və qazı) istehsal edə bilməməsidir. Çin ehtiyacının 73%-ni idxal edir. Bu mühərriki susdurmaq üçün onunla birbaşa müharibə etməyə ehtiyac yoxdur; sadəcə enerji kanallarını bağlamaq lazımdır:

Venesuela xətti: Qapadıldı.
İran xətti: Müharibə ilə bloklandı.
Rusiya xətti: Sanksiyalarla daraldıldı.
Körfəz xətti: Regional xaosla risk altına salındı.

Rəqəmlər yalan demir: Təkcə son aylarda Çin neft tədarükünün 20%-ni itirib. Bu, qlobal istehsal zəncirində nəhəng bir çat deməkdir.

Yeni İpək Yolu və Texnoloji qala olan Tayvan

Mübarizə təkcə neftlə bitmir. Çinin Avropaya uzanan “Bir Kəmər, Bir Yol” layihəsi, yəni Yeni İpək Yolu, İranın strateji mövqeyindən asılıdır. İranın qeyri-sabitliyə sürüklənməsi, Pekinin Avropa bazarlarına birbaşa çıxışını sarsıdır.

 

Çinin texnologiya qalası ola biləcək Tayvana yiyələnməsi də mümkün olmur.

Əgər neft 20-ci əsrin yanacağı idisə, çiplər 21-ci əsrin qanıdır. Dünyanın ən inkişaf etmiş yarımkeçirici texnologiyasına (TSMC) sahib olan Tayvan üzərindəki gərginlik, texnoloji üstünlüyün kimin əlində olacağını müəyyən edəcək.

 

Nəticə

Venesuela, İran, Rusiya və Tayvan ətrafında baş verənlər ayrı-ayrı hadisələr deyil, tək bir şahmat lövhəsindəki gedişlərdir.
Bütün tədbirlər Çinin iqtisadi yüksəlişini enerji və ticarət blokadası ilə dayandırmaq cəhdidir.
Eyni zamanda, bu gərginlik ABŞ-nin hərbi sənayesini bəsləyir, Körfəz ölkələri qorxu içində milyardlarla dolları Vaşinqtonun silah arsenalına axıdırlar.
Bu, təsadüflər silsiləsi deyil, yeni dünya düzəninin doğuş sancılarıdır./Sfera.az

Oxşarxəbərlər

Türkiyədən İranla bağlı KRİTİK QƏRAR
Dünya

Türkiyədən İranla bağlı KRİTİK QƏRAR

06/03/2026 17:38
54
İranda nümayişlər keçirilir
Dünya

İranda nümayişlər keçirilir

06/03/2026 17:31
50
Xameneiyə məxsus yeraltı sığınacaq vuruldu
Dünya

Xameneiyə məxsus yeraltı sığınacaq vuruldu

06/03/2026 17:10
50
İran səfiri: “Azərbaycana hücum İsrailin təxribatçı hərəkətidir”
Dünya

İran səfiri: “Azərbaycana hücum İsrailin təxribatçı hərəkətidir”

06/03/2026 17:06
50
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
Dünya

Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb

06/03/2026 17:03
50
Xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilir – CANLI
Dünya

Xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilir – CANLI

06/03/2026 13:18
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədən İranla bağlı KRİTİK QƏRAR

Türkiyədən İranla bağlı KRİTİK QƏRAR

06/03/2026 17:38
54
İranda nümayişlər keçirilir

İranda nümayişlər keçirilir

06/03/2026 17:31
50
Bakıda təhlükəli görüntülər- Yük yola DAĞILDI

Bakıda təhlükəli görüntülər- Yük yola DAĞILDI

06/03/2026 17:22
51
“İmkanlar hər kəs üçün” layihəsinə START VERİLİB

“İmkanlar hər kəs üçün” layihəsinə START VERİLİB

06/03/2026 17:21
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
76

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
70

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.