Qətər Hərbi Hava Qüvvələri İrandan havaya qalxan iki Su-24 tipli təyyarəni vurub.
Gündəm24.az xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyinin mətbuat xidməti “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Açıqlamada bildirilib ki, Qətər Hərbi Hava Qüvvələri İran İslam Respublikasından uçan iki Su-24 təyyarəsini məhv edib. Eyni zamanda, hava hücumundan müdafiə sistemləri vasitəsilə yeddi ballistik raket və beş pilotsuz uçuş aparatı da zərərsizləşdirilib.












