Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.
Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib ki, raketlər ölkənin şimalındakı Vonsan bölgəsindən buraxılıb.
“Ordumuz yüksək döyüş hazırlığını qoruyur. Eyni zamanda əlavə buraxılış ehtimalını nəzərə alaraq müşahidəni gücləndirir və Şimali Koreyanın raket fəaliyyəti ilə bağlı ABŞ və Yaponiya ilə sıx məlumat mübadiləsi aparır”, – deyə bəyanatda qeyd olunub.
Sonuncu dəfə Şimali Koreya martın 14-də, Cənubi Koreya və ABŞ-ın illik yaz hərbi təlimləri zamanı eyni istiqamətdə bir neçə ballistik raket buraxmışdı./KONKRET.az/














