ABŞ ilə İsrailin fevralın 28-də İrana hücumundan sonra başlayan müharibəyə görə, Niderlandın İslam Respublikasında səfirliyi Azərbaycanda fəaliyyət göstərirdi və artıq Tehrandakı işini bərpa edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.
“Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib”, – məlumatda bildirilib.
Paylaşımda dəstəyə görə Azərbaycana təşəkkür də yer alıb.
Xatlırladaq ki, martın 10-da Niderlandın İrandakı diplomatik missiyasının rəhbəri Emil De Bont Tehrandakı səfirliyin müvəqqəti olaraq Azərbaycanda fəaliyyət göstərəcəyini açıqlayıb. Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq isə aprelin 29-da Tehrandakı səfirliyin fəaliyyətini Bakıda davam etdirdiyini bildirib.














