Rusiyalı çeçen əsilli iş adamı və keçmiş senator Umar Cəbrayılov Moskvadakı otellərdən birində intihar edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, cəsədin yanında “Luger” tapançası olub. O uzun müddət reanimasiyada saxlanılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Umar Cəbrayılovun 2020-ci ildə intihar etməyə cəhdi olub.
2017-ci ildə isə “Four Seasons” otelinin qarşısında “Yaryqin” tapançası ilə problem yaratmış, 500 min rubl cərimə və silahının müsadirəsi ilə nəticələnmişdi. Bir il sonra məhkəmə qərarı ilə silah ona qaytarılmışdı.














