Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Gündəm24.az xəbər verir ki, Ərdoğan telefon danışığı zamanı yaxın günlərdə başlanacaq danışıqlardan davamlı sülh və sabitliyin təmin olunması üçün maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğulayıb.
O, prosesə mane olmaq istəyən qüvvələrə imkan verilməməsinin əhəmiyyətinə diqqət çəkərək, Türkiyənin bu istiqamətdə hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Türkiyə Prezidenti həmçinin qeyd edib ki, atəşkəsə aparan prosesdə Ankara intensiv səylər göstərib. Ərdoğan İran xalqının itkiləri ilə bağlı başsağlığı verərək, Türkiyənin əsas məqsədinin bölgədə sağlam düşüncə və dialoq mühitinin formalaşdırılması olduğunu vurğulayıb.














