Bu barədə İranın mərhum Ali Liderinin baş köməkçisi Məhəmməd Mohber açıqlama verib.
Gündəm24.az Ajans.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, İran “amerikalılara etibar etmir” və hərbi əməliyyatlar “1980–1988-ci illərdə İraqla aparılan səkkiz illik müqəddəs müdafiə müharibəsində olduğu kimi” lazım olduğu qədər davam edə bilər.
Mohberin sözlərinə görə, rəsmi Tehran hazırkı şəraitdə Vaşinqtonla danışıqlar aparmağı gündəmdə saxlamır.














