Dünən İran ABŞ-nin Bağdad beynəlxalq hava limanı yaxınlığındakı “Viktoriya” hərbi bazasına hücum edib.
Ajans.az İSNA-ya istinadən xəbər verir ki,, zərbələr nəticəsində ərazidə yanğın baş verib. Bildirilir ki, hərbi obyektə zərbələr qısamənzilli raketlər və kamikadze PUA-lar vasitəsilə endirilib.
Gecə saatlarında baş tutan əməliyyat zamanı bir neçə raket və minimum üç dron hava hücumundan müdafiə (HHM) sistemlərini aşaraq bazaya daxil ola bilib.














