İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda ABŞ-la heç bir əlaqə yoxdur.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində danışıb.
Nazir qeyd edib ki, “amerikalılar bizimlə danışmaq istəsələr, mənimlə necə əlaqə saxlaya biləcəklərini bilirlər”. O əlavə edib ki, İran gərginliyin azaldılmasına hazırdır, lakin bunun üçün ilk növbədə ABŞ və İsrailin hücumları dayandırılmalıdır.
Əraqçi həmçinin vurğulayıb ki, İran kənar yardım olmadan özünü müdafiə etmək gücündədir.














