İran “Saudi Aramko” şirkətinin Səudiyyə Ərəbistanının Ras-Tannur şəhərində yerləşən ən böyük neft emalı zavoduna növbəti PUA hücumu edib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Məlumata görə, edilən hücum heç bir dağıntıya səbəb olmayıb.














