İran İslamabaddakı danışıqların ABŞ-nin vaxt qazanmaq və hücuma hazırlaşmaq üçün vasitə ola biləcəyini istisna etmir.
Gündəm24.az xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi deyib.
“Bəlkə də bu danışıqlar daha çox vaxt qazanmaq, özünü yeniləmək və İrana növbəti hücum üçün daha hazırlıqlı olmaq üçün vasitədir. Əlbəttə, bizimlə ABŞ arasında heç bir etimad yoxdur”, – o bildirib.













