İranda həftə ərzində iğtişaşlarda ən azı 16 nəfər öldürülüb.
Gündəm24.az xəbər verir ki, bu barədə “HRANA” hüquq təşkilatı məlumat yayıb.
“Bununla yanaşı, 582 nəfər həbs edilib”, – məlumatda bildirilib.
Buna səbəb inflyasiyaya qarşı etirazların bütün ölkəni əhatə etməsi və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verməsidir.
Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.














