İran mediası Kərəc şəhərində yerləşən mühüm strateji körpünün Amerika ordusu tərəfindən hədəfə alınmasını əks etdirən yeni görüntülər yayımlayıb. İrandakı mühəndislik möcüzələrindən biri hesab olunan və Tehranla Kərəci birləşdirən “B1” körpüsü endirilən raket zərbələri nəticəsində tamamilə dağılıb.
Gündəm24.az xəbər verir ki, Orta Şərqin ən hündür körpüsü sayılan bu nəhəng konstruksiya iki dəfə ardıcıl hücuma məruz qalıb. Məlumata görə, birinci zərbədən təxminən bir saat sonra həyata keçirilən ikinci “double tap” (qoşa zərbə) hücumu zamanı ərazidə xilasetmə işləri aparılırdı. Son rəsmi məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 13-ə çatıb, 95 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ABŞ rəhbərliyi isə zərbənin uğurlu olduğunu və İranın mühüm infrastruktur layihəsinin sıradan çıxarıldığını bəyan edib./NOCOMMENT.az














