Cümə, Aprel 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İranın əsl silahı Hörmüzün altından imiş-17 ədəd…

10/04/2026 10:00
Dünya
43 3
İranın əsl silahı Hörmüzün altından imiş-17 ədəd…
58
Baxış sayı

ABŞ prezidenti Donald Tramp son olaraq “Sky News”a verdiyi müsahibədə bildirib ki, danışıqlar məqbul bir razılaşma əldə etməsə, ABŞ İrana qarşı güc tətbiqinə qayıdacaq. Lakin İran arsenalındaklı son silahı qurudan hücum halında işə salmağı vəd edir.

Gündəm24.az  Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Svobodnaya Pressa” yazıb.
Bildirilir ki, Tehran Hörmüz boğazının dibi boyunca uzanan internet kabellərini məhv etməyə hazırdır. Məlumatlara görə, Hörmüz boğazından (və Fars körfəzindən) 17 kabel keçir. Hörmüz boğazındakı bu 17 kabel qitələrarası internet trafikinin 17-30%-ni daşıyır. Ümumilikdə, bütün qlobal internet trafikinin 95-99%-i dənizaltı kabellərdən keçir. Yəni bank köçürmələrinin, neft ticarətinin, bulud xidmətlərinin və süni intellekt hesablamalarının əhəmiyyətli bir hissəsinə bu sualaltı kabellər cavabdehdir. Bəs, İran bu kabellərin hələ 1 və ya 3-nü “zədələsə” hansı risklər ola bilər? Bu halda İnternet sürəti 5-10 dəfə yavaşlayacaq, gecikmə yüzlərlə millisaniyə artacaq və alternativ kabellər həddindən artıq yüklənəcək. Bu, “hər şey sıradan çıxacaq” olmayacaq, lakin video, bulud xidmətləri, onlayn ticarət, görüntü zənglər və online iş əhəmiyyətli dərəcədə təsirlənəcək. Beynəlxalq maliyyə əməliyyatları, fond birjası ticarəti və əməliyyatlar – bütün bunlar internet kabelləri vasitəsilə baş verir. Əgər bu kabellər işləməsə, maliyyə bazarları sadəcə, çökə bilər. Valyuta mübadiləsi və səhmlərin alqı-satqısı ya qeyri-mümkün olacaq, ya da çox yavaş və baha olacaq. Bu, panikaya və valyuta və səhm qiymətlərinin kəskin düşməsinə səbəb ola bilər. Bu halda pulun dəyəri də aşağı düşəcək. Müasir dünyada pul əsasən elektron formadadır. Elektron sistemlər işləməsə, bu, pulun və ticarətin dəyərinə təsir edəcək.
Qlobal ticarətin əksəriyyəti dəniz yolu ilə həyata keçirilir. Yükün izlənməsi, sənəd emalı və ödəniş – bütün bunlar onlayn həyata keçirilir. Nəqliyyat şirkətləri məhsulun mövcudluğu barədə tez bir zamanda məlumat əldə edə, sifariş verə və ya çatdırılmanı əlaqələndirə bilməyəcəklər. Bu, təchizatda fasilələrə, çatışmazlıqlara və qiymətlərin artmasına səbəb olacaq.
İnkişaf etmiş İT sektorlarına malik ölkələr (məsələn, Hindistan və Filippin) yüz minlərlə insan bu kabellər üzərindən məlumat ötürən xarici şirkətlərdə işlədiyi üçün böyük gəlir itirəcəklər. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin müavini Tomas Lamanauskas bildirib ki, yeni kabellərin çəkilməsi bahalı və mürəkkəb bir prosesdir. Qısa xətlər milyonlarla dollara başa gəlsə də, uzun məsafəli kabellər yüz milyonlarla dollara başa gəlir. Bu, üstəlik geniş mühəndislik planlaşdırması tələb edir.
Göründüyü kimi, Hörmüz boğazında internet kabellərinin məhv edilməsi Tehran üçün çox ciddi daha bir “kozır”dır…

Oxşarxəbərlər

Dünya

İrana hücum yenidən başlaya bilər

10/04/2026 14:54
50
Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəldilər
Dünya

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəldilər

10/04/2026 12:15
53
Xəzər üzərində gərginlik: 9 PUA vuruldu
Dünya

Xəzər üzərində gərginlik: 9 PUA vuruldu

10/04/2026 11:28
55
Ərdoğan: Hər cür dəstəyə hazırıq
Dünya

Ərdoğan: Hər cür dəstəyə hazırıq

10/04/2026 11:03
53
Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI
Dünya

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

10/04/2026 10:45
56
Zəngəzur dəhlizi üçün tarix verildi
Dünya

Zəngəzur dəhlizi üçün tarix verildi

10/04/2026 10:18
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda nikahla bağlı YENİLİK – Nələr olacaq?

Azərbaycanda nikahla bağlı YENİLİK – Nələr olacaq?

10/04/2026 14:14
62
Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

10/04/2026 14:02
57
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

10/04/2026 13:54
62
Sumqayıtda geyim mağazası bağlandı – VİDEO

Sumqayıtda geyim mağazası bağlandı – VİDEO

10/04/2026 13:53
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
64

115

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
132

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In