Livanın şiə hərbi-siyasi təşkilatı olan “Hizbullah” İsrailə qarşı müharibə elan etdiyini və döyüşlərə qoşulduğunu bəyan edib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, bu qərar regionda baş verən son hadisələr və xüsusilə İrandakı vəziyyətlə əlaqədar verilib.
Məlumata görə, “Hizbullah” İsrailin şimal sərhədləri istiqamətində hərbi əməliyyatlara başladığını, raket və artilleriya zərbələri endirdiyini açıqlayıb.
İsrail ordusu şimal bölgələrində yaşayan əhaliyə təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib, bəzi yaşayış məntəqələrində sığınacaqların açıldığı bildirilib. Eyni zamanda, Livanın cənubunda da gərginlik artıb və qarşılıqlı atəş nəticəsində itkilər barədə məlumatlar yayılıb.












