Kreml keçmiş Qərb rəsmilərinin Rusiyaya qarşı səsləndirdiyi bəyanatlara, o cümlədən Böyük Britaniyanın Sabiq müdafiə naziri Ben Uollesin “Krımı yaşayış üçün yararsız etmək” çağırışlarına şərh vermək niyyətində deyil.
Gündəm24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
O qeyd edib ki, belə axmaq fikirlərə reaksiya verməyə ehtiyac yoxdur və diqqət yalnız hazırkı müdafiə nazirlərinin açıqlamalarına yönəldiləcək.
Aliyə İlkin
Gündəm24.az














