Böyük Britaniyada ən böyük yəhudi icmasının yaşadığı məhəllədə yerləşən sinaqoqun qarşısında yəhudi könüllülər qrupuna məxsus 4 təcili yardım maşını naməlum şəxslər tərəfindən yandırılıb.
Gündəm24.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Məlumata görə, hadisə Londonda baş verib.
Faktla bağlı araşdırma aparılır.














