Yaxın Şərqdən ayrılmaq istəyən varlı şəxslər və top-menecerlər özəl təyyarələrlə regionu tərk etmək üçün yüz minlərlə dollar ödəyirlər.
Gündəm24.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Semafor nəşri yazıb. Bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının başlamasından sonra bir çox hava limanı bağlandığı halda, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad əsas evakuasiya marşrutuna çevrilib. Qeyd olunur ki, şəhərin hava limanı fəaliyyətini dayandırmayan azsaylı hava limanlarından biri olub.
Mənbələrin sözlərinə görə, özəl təhlükəsizlik şirkətləri insanları BƏƏ-nin Dubay şəhərindən Ər-Riyada çatdırmaq üçün yolsuzluq avtomobillərindən ibarət karvanlar sifariş edirlər. Bu səfər təxminən 10 saat davam edir. Daha sonra isə həmin şəxslər Ər-Riyaddan regiondan çıxmaq üçün özəl təyyarələr icarəyə götürürlər.
Hazırda Ər-Riyaddan Avropaya özəl təyyarə ilə uçuşların qiymətinin 350 min dollara çatdığı bildirilir.












