ABŞ prezidenti Donald Tramp Roma Papası XIV Levin İrana dair mövqeyini sərt şəkildə tənqid edərək, onu xarici siyasət məsələlərində “dəhşətli dərəcədə zəif” olmaqda ittiham edib.
Gündəm24.az xəbər verir ki, Tramp pontifikin İranın nüvə silahına sahib olma ehtimalına yol verməsini və ABŞ-ın addımlarını tənqid etməsini qəbulolunmaz adlandırıb.
“Mən İrana nüvə silahına malik olmağa icazə verilə biləcəyini düşünən bir Papa istəmirəm”, — deyə Tramp bəyan edib.
Tramp həmçinin Papanın mövqeyini “radikal solçularla” əlaqələndirib və XIV Levi siyasətə qarışmaq əvəzinə öz dini vəzifələrinə diqqət yetirməyə çağırıb. O, Papanın rəqiblərlə təmaslarını tənqid edərək qeyd edib ki, XIV Lev “siyasətçi deyil, böyük bir Papa olmağa çalışmalıdır”.
Çıxışının sonunda Tramp XIV Levin seçilməsini “gözlənilməz” adlandırıb və iddia edib ki, əgər özü ABŞ prezidenti olmasaydı, o, Vatikanda bu postu tuta bilməzdi./NOCOMMENT.az














