ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) son bir neçə ay ərzində İranın yüksək səviyyəli siyasi rəhbərliyini, o cümlədən Ali lider Əli Xameneini izləyib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilir ki, toplanan kəşfiyyat məlumatları İsrail tərəfinə təqdim edilib. Əldə olunan məlumatlar zərbələrin vaxtının dəqiqləşdirilməsində və planların uyğunlaşdırılmasında istifadə olunub.
Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib.














