PAK (Kürdüstan Azadlıq Partiyası) terror qruplaşması İranla bağlı açıqlama yayıb.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, PAK-ın sözçüsü Xəlil Nadiri İrana əlavə qüvvələr yerləşdirildiyini iddia edib.
“Bizim müharibədə iştirakımız sadəcə İraq Kürdüstan Regionundan qüvvələrimizin hərəkəti ilə məhdudlaşmır. Əsas gücümüz İran ərazisinin daxilindədir”, – o bildirib.
O vurğulayıb ki, onminlərlə qüvvəmiz İran Kürdüstanında yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın İranda quru əməliyyatları üçün kürd terror qruplaşmaları ilə danışıqlar apardığı bildirilsə də, Tramp İslam Respublikasında quru əməliyyatını istisna edib.














