“Dünya proseslərə hüquqi deyil, siyasi yanaşır. Maraqlar tələb edəndə istənilən müdaxilə üçün hüquqi don biçilməyə çalışılır”.
Gündəm24.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Venesuela prezidentinin ABŞ xüsusi xidmət orqanları tərəfindən həbs edilərək, Amerikaya aparılması beynəlxalq hüquqa ziddir:
“İki halda bu həbsin hüquqi əsası ola bilərdi:
1. BMT xüsusi qərar qəbul etməli idi;
2. Beynəlxalq məhkəmə Maduro ilə bağlı qərar çıxarmalı idi.
Heç biri baş verməyib…
Amma…

Maduro öz xalqına zülm edirdi, iqtisadi böhran siyasi böhranla çulğaşmışdı.
Nə qədər desəniz, səbəblər saymaq, nəticələr göstərmək olar. Maduro getməli idi, getdi, lakin nə özü getmək qərarını verdi, nə xalqın səsini eşitdi…
Gəldilər, apardılar…
Nəticə?
Nəticə acınacaqlıdır.
Sabah Putin eyni əməliyyatı Zelenskiyə qarşı keçirsə, dünyanın reaksiyası nə olacaq?
Və yaxud bir başqa dövlət bir zəif dövlətin başçısını aparsa kim nə deyəcək?
Heç nə…
2026-cı ilin iyun seçkilərində Rusiya Paşinyanı aparsa, kimsə təəccüblənməsin”










