Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.
Gündəm24.az xəbər verir ki, siyasətçi 93 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına 1960-cı il dövlət çevrilişindən sonra qapadılan Demokrat Partiyasında başlayıb. Bundan sonra Doğru Yol Partiyasının (DYP) qurucularından olub və uzun illər onun sədri olub.

1991-ci il parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri (1991-1995) olub. Süleyman Dəmirəl prezident seçildikdən sonra bir müddət DYP sədri vəzifəsini icra edib. H.Cindoruk qısa müddətdə prezident səlahiyyətlərini də icra edib./unikal.az/














