Hələbdə Suriya ordusu və SDQ arasında toqquşmalarda ölənlərin sayı 4 nəfərə çatıb.
Gündəm24.az xəbər verir ki, Suriya ordusu SDQ-nin hücumlarında bir əsgər və iki mülki şəxsin həlak olduğunu bildirib.
SDQ isə Suriya ordusunun hücumları nəticəsində bir mülki şəxsin öldüyünü və 17 nəfərin yaralandığını bildirir.
Hər iki tərəf bir-birini ilk hücuma başlamaqda günahlandırır.
Suriya ordusunun hərbçiləri və Suriya Demokratik Qüvvələri arasında silahlı toqquşma baş verib.
Gündəm24.az APA-ya istinadən xəbər verir ki, toqquşma nəticəsində 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Toqquşmalar Hələb şəhərində qeydə alınıb.
Suriya Müdafiə Nazirliyi hücumu SDQ-nin həyata keçirdiyini bildirib və bunun hökumətlə silahlı qruplaşma arasında razılaşmalara zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya edilməli idi.














